Günel Rəcəbova: “Etiraf etməliyik ki, gənclərin elə bir hissəsi var ki, onlar hələ də şəbəkələşmədən kənar qalıblar.”
Sumqayitxeber.com saytı davamlı olaraq şəhərimizdə vəaliyyət göstərən Qeyri Hökümət Təşkilatları və onların fəaliyyəti haqqında reportajlar və müsahibələr hazırlayır. Saytın növbəti qonağı İREX təşkilatının Sumqayıt İcma Məlumat Mərkəzinin rəhbəri Günel Rəcəbovadır.
IREX (Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası) təşkilatının əsası 1968-ci ildə qoyulmuşdur. İllik budcəsi 50 milyon ABŞ dolları təşkil edir və təşkilatın dünya üzrə 500-dən artıq peşəkar işçisi vardır . IREX və onun tərəfdaşı olan İREX-Avropa 50-dən artıq ölkədə müxtəlif proqramları həyata keçirir.
Günel xanım, ilk öncə bilmək istərdik Təşkilatınız Azərbaycanda və Sumqayıt ofisi olaraq hansı proqramı həyata keçirir?
Təşkilat Azərbaycanda fəaliyyətinə 1998-ci ildən başlayıb və hazırda Sumqayıtda media layihəsi üzrə fəaliyyət göstərir. Mediaya Yardım Layihəsi Azərbaycanda Sentyabr, 2004-cü il tarixindən fəaliyyət göstərir və müstəqil medianı müdafiə edir. Sumqayıt mərkəzi isə 2004-cü ildən öz fəaliyyətinə başlayaraq tez bir zamanda müxtəlif peşə sahiblərini öz ətrafına toplamağa nail olmuşdur. Bu vaxt ərzində sağlam sakinlərlə yanaşı həm də fiziki cəhətdən əlil olan insanlar da mərkəzimizdə keçirilən təlimlərin iştirakçısı olmuşdur. Onu da qeyd edim ki, mərkəzimizdə keçirilən kurslar, internetdən istifadə və müxtəlif mövzularla bağlı keçirilən təlimlər təmənnasız olaraq keçirilir. Kompyuter kursları ilə yanaşı tez-tez jurnalistika ilə bağlı təlimlər də keçirilir.
Təşkilatınızın həyata keçirdiyi layihələrdən şəhər sakinlərinin məlumatı olması üçün hansı vasitələrdən istifadə edirsiniz?
Hal – hazırda bir neçə qəzetlərlə əməkdaşlıq edirik. Onlara da təşəkkürümü bildirirəm ki, bu sahədə köməkliklərini əsirgəmirlər. Mütəmadi olaraq mərkəzimizdə baş verən yeniliklərlə bağlı məlumatları “168 saat”, “Zaman” və “Sumqayit xəbər” qəzetində çap olunmaqla yanaşı, həm də http://firstyouth.info/ , http://sumqayitxeber.com/, http://hayatimiz.org/ , saytlarında da yerləşdirilir.
Xidmətinizdən hansı yaş qrupu insanlar istifadə edə bilər?
Sumqayıt İcma Məlumat mərkəzinin xidmətlərindən 18 yaşından yuxarı hər bir kəs istifadə etmək imkanı var, lakin bəzi istisnalar da olur ki, əgər yaşı 18 hələ olmayıb lakin öyrənmək həvəsi yüksəkdir bu cür hallarda razılaşırıq.
İnsanlarla daha çox ünsiyyətdə olursunuz, Sumqayıt əhalisinin fəallığını necə qiymətləndirirsiniz
Düşünürəm ki, digər regionlara nisbətən Sumqayıt sakinləri daha fəaldır. Hər ay tədbirlər təşkil olunur. Tədbirləri nəzərə alsaq gənclərimiz fəaldır deyə bilərəm, lakin fəal olmayan gənclərimizin də sayı az deyil. Biz bununla bağlı mərkəzimizə gələn gənclərlə tez-tez müzakirələr aparırıq onları fəal olmağa, şəhərdə keçirilən tədbirlərdə yaxından iştirak etməyə çağırırıq.
Bütün bu işləri təkbaşına idarə etmək çətin deyil?
Əlbəttə ki, çətin iş yoxdur. Çətin olmayan işi də iş hesab etmirəm. İşin çətinliyindən asılı olmayaraq mənimlə bərabər könüllü işçilər də var hansı ki, kursların keçirilməsində və tədbirlərin təşkilində mənə yaxından yardımçı olurlar. Könüllü işləyənlər mənə kömək etməklə yanaşı təcrübə toplayırlar. Bu onları gələcəkdə iş tapmalarına yardımçı olur çünki könüllük müddəti bitdikdən sonra baş ofis tərəfindən zəmanət məktubu verilir.
Gənclərlə sıx əlaqədə olan bir gənc kimi onlarda hansı problemləri görürsünüz?
Tez-tez rast gəlinən problemlərdən biri onların bədbin, özünə inamsızlıqları ilə bağlıdır ki, əsasən iş axtarışında olduqları vaxt bir cəhdlə kifayətlənərək bədbinləşirlər.
Gənclərin fəallığının artırılması üçün beynəlxalq təşkilat olaraq hansı işləri görürsünüz?
Hər ay seminarlar, kurslar keçirilir. Bununla yanaşı gənclərin bacarıqlarının artırılması ilə bağlı təlimlər də təşkil olunur
Hansı yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq edirsiniz?
Beynəlxalq təşkilat olaraq hal-hazırda Amerika Təhsil Mərkəzi ilə əməkdaşlıq edirik və partnyor təşkilat olaraq bir-birimizə dəstək oluruq. Yerli təşkilatlardan Sumqayıtda fəaliyyət göstərən gənclər təşkilatları ilə eləcə də mütəmadi olaraq Sumqayıt Gənclər İdman və Baş İdarə ilə sıx – sıx təmasda oluruq.
Mərkəzinizin internet imkanlarından istifadə edən gənclər əsasən hansı saytlara üstünlük verirlər?
Mərkəzimizə gələn gənclər əsasən http://www.facebook.com/ , axtarış saytlarından istifadə edirlər. Ədəbiyyat saytları ilə məşğul olanlara tez-tez rast gəlmək olur. Əlavə olaraq elektron kitabxanalardan, blog yazarlarımız isə bloglarını daha da məşhurlaşdırmaq üçün digər blog yazarların bloglarını izləyirlər.
Hər ay tədbirlər təşkil edirsiniz, bu tədbirlərin mövzusunu seçərkən nəyi əsas tutursunuz?
Əsasən auditoriyanın marağını nəzərə alırıq. Auditoriyamızın əsas hissəsini gənclər təşkil etdiyi üçün mövzu ilə bağlı tez-tez facebook saytından gənclərin maraqlarını, hansı mövzunun daha çox onların marağına səbəb olacağını araşdırırıq. Onların maraqlarına uyğun mövzunun seçdikdən sonra mövzuya uyğun ekspert dəvət olunur.
Sumqayıt gənclərinin şəbəkələşməsi nə səviyyədədir?
Sumqayıt gənclərinin fəallığı ötən illərə nisbətən artsa da, etiraf etməliyik ki, gənclərin elə bir hissəsi var ki, onlar hələ də şəbəkələşmədən kənar qalıblar. Gəncliyin inkişafı üçün əhəmiyyətli amillərdən biri şəbəkələşmə olduğunu nəzərə alaraq deyə bilərəm ki, hazırda bu məsələ çox aktualdır. Gəncləri şəbkələləşməyə cəlb etmək əsas vəzifələrdəndir. Biz də öz növbəmizdə QHT olaraq tədbirlərin keçirilməsi və bu tədbirlərə gənclərin cəlb olunması, digər QHT-lərin təşkil etdiyi təlimlərə internet istifadəçilərini yönləndirərək təlimlərə həvəsi artırmaqla buna nail olmağa çalışırıq
Təqdim etdi : Ülkər Əsədova
Gunel səni tebrik edirem bundan da daha yüksək işlərdə görək
ugurlar Gunel xanima :))
Gunel gozel fikirlerdi ugurlar yeni islerinde.
Doğurdan da nə etdiyini bilən gənclərimiz olduqca cəmiyyət özü barədə bədbin olmamalıdır. Günel xanım, çox faydalı işlərlə məşğulsuz, sizə uğurlar arzulayıram!!!!!!
Sizin gorduyunuz iwler cox vacibdir bu yolda size ugurlar
Gunel,tebrik edirem,maraqli musahibedi,insallah bundan da boyuk ugurlara imza atasan,axarinci olsun.
Gwnel xanim yazinizi diqqle oxudum ,fealiyyətinizi izləyirəm .Düşünürəmki cəmiyyətin inkişafında məhz siizn təşkilat kimi təçkilatıarın və xususəndə siizn kimi gənclərin rolunu nəzərə alan olarsa inaniramki siz daha boyuk uqurlara imza atarsiniz Elə bilməyinki bu şərhi kitaba görə yazdim ha
Dushunuremki Sumqayit gencleri etibarli ellerdedi