DİN Sumqayıtda baş verən avtomobil qəzası ilə bağlı açıqlama verib – YENİLƏNİB

1384

Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda şəhər təsərrüfatı işçisinin avtomobillə vurulması hadisəsi barədə açıqlama verib.

DİN-in Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə “Report”un sorğusuna cavab olaraq bildirib ki, Sumqayıt Yaşıllaşdırma idarəsinin işçisi, şəhər sakini Vidadi Rəsulov Koroğlu küçəsində yolu piyadalar üçün müəyyən olunmamış yerdən keçərkən Tariyel Xəlilovun idarə etdiyi “Opel Astra” markalı avtomobillə vurulub. V.Rəsulov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər