DİQQƏT! Koronavirusdan qorunmaq üçün nə etməliyik?

1588
Çində koronavirusun yaratdığı xəstəlik artıq geniş yayılmağa başlayıb. Hətta İran İslam Respublikasında da bu xəstəliyin yayıldığı barədə rəsmi məlumat verilib. Koronavirusdan daha çox orta yaşlı insanlar həyatını itirir. Uşaqlar xəstəliyi yüngül keçirir. Xəstəliyə yoluxma əsasən hava-damcı yolu ilə: xəstənin öskürməsi, asqırması, danışması və ya əllə alınıb burun və ağıza təmas edilməsi ilə baş verir.
Medicina.az xəbər verir ki, digər viruslardan fərqli olaraq, mədə-bağırsaq traktına davamlı olduğundan fekal-oral yol ilə də yoluxması mümkündür və tənəffüs sistemini, mədə-bağırsaq sistemini, sinir sistemini zədələyir.
Xəstəliyin ilk əlamətləri öskürək, temperatur, təngnəfəslik, əzələ ağrıları və yorğunluqdur. Az hallarda bəlğəm, başağrısı və ishal müşahidə olunur. Bu zaman həkimə müraciət edilməzsə, bir neçə gündən sonra tənəffüs çatışmazlığı, pnevmoniya, böyrək çatışmazlığı ilə ağırlaşa, hətta ölümlə nəticələnə bilər. Xəstəliyin gizli dövrü 14 gündür.
Adətən, xəstələrdə 5 gün hərarət, yüngül qrip əlamətləri olur və ətrafındakıları yoluxdurur. Xəstə ilə 1 metr məsafədən yoluxmaq mümkündür.
 
Virusdan qorunmaq üçün vacib rol oynayır:
Əllərin təmizliyi – Çünki asqırma, öskürmə zamanı ələ bulaşan virus əşyalara toxunur və ətraf mühitdə təxminən 24 saat yaşayır və xəstəlik törətmə qabiliyyətinə malik olur.
Sağlam qidalanma
Otağın havasının tez-tez dəyişdirilməsi
Amma koronavirusdan qorunmağın ən doğru yolu – immun sistemin normal fəaliyyət göstərməsidir.
Bu biotənzimləyici preparatlar immun sisteminə təsir edərək virus infeksiyalarının profilaktika və müalicəsində olduqca əhəmiyyətlidir:
Yüksək dozalı Vitamin C infuziyası 7.5 gr – 50 ml: Bu məhlul 100 ml izotonik natrium xlorid məhluluna əlavə edilərək həftədə 2-3 dəfə vena daxilinə yavaş-yavaş yeridilir.
Engystol + Gripp-heel preparatları həm tablet, həm də ampul formasındadır.
Tabletlərdən istifadə qaydası:
3 yaşa qədər: hərəsindən 1/2 tablet 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl və ya 1 saat sonra dil altına (əzib uşağın ağzına tökmək və ya azca suda həll edib içizdirmək) qoyulur.
3 yaşdan yuxarı: hərəsindən 1 tablet 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl və ya 1 saat sonra dil altına qoyulur.
Kəskin vəziyyətdə: yaşa uyğun dozada 2 saat ərzində hər 15 dəqiqədən bir dil altına qoyulur.
Ampullardan istifadə qaydası:
Hərəsindən 1 ampul 1 şprisdə həftədə 2-3 dəfə venadaxili, əzələdaxili yeridilir.
Kəskin vəziyyətdə: hər gün təyin edilir.
Preparatları bütün apteklərdən əldə etmək olar.
Koronavirus güclü immunitetdən yan keçir!

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər