Direktor “Azərbaycan Bayrağı” ordenli qazini ziyarət etdi

1859
Sumqayıt Tibb Mərkəzinin (STM) direktoru Elnur Azadxanov 2 nömrəli Xəstəxanada müalicə alan “Azərbaycan Bayrağı” ordenli Birinci Qarabağ müharibəsi qazisi Sultan Bəndəliyevi ziyarət edib. sumqayitxeber.com məlumat verir ki, Qazi ilə həmsöhbət olan E. Azadxanov onun səhhəti ilə maraqlanıb, tezliklə sağlamlığına qovuşmasını arzulayıb.
Qeyd edək ki,  Birinci Qarabağ müharibəsi dövründə S. Bəndəliyevin  komandir strategiyası Ağdamın Abdal-Gülablı kəndində, Aranzəmin, Pircamal, Naxçıvanik döyüşlərində hərbçilərin dadına çatıb.
Əfqanıstandan başlayan döyüş yolu ilə topladığı təcrübəsi Qarabağ müharibəsində böyük rol oynayıb.
O, Prezident Heydər Əliyevin sərəncamları ilə 1994-cü ildə “İgidliyə görə” medalı və 1995-ci ildə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər