Direktor olmaq istəyənlərin bilməli olduğu vacib qayda – Esse yazanda bunlara diqqət edin

1741
Direktorların işə qəbul imtahanlarında esse mövzusu…
Ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada bir neçə mərhələdən ibarət müsabiqə və müsahibə yolu ilə həyata keçirilir. Müsabiqə 3 mərhələdən ibarət olur: elektron ərizələrin qəbulu, test və müsahibə mərhələsi
İmtahanda test sualları ilə yanaşı iştirakçılardan konkret bir mövzu üzrə 200-250 sözdən ibarət kompüterdə esse yazmaq da tələb olunur.
Esse qiymətləndirilərkən nəyə diqqət edilir?
İmtahandakı esse mövzuları nazirliyin müsabiqə komissiyası tərəfindən müəyyənləşdirilir. Essenin verilən mövzuya uyğunluğu, Azərbaycan ədəbi dilinin orfoqrafik qaydalarına riayət edilməsi, yazının strukturu, əsas ideya və onun təsviri, rəsmi yazı üslubundan düzgün istifadə, lüğət tərkibi, məntiqi əlaqə meyarları əsasında ekspertlər tərəfindən 20 ballıq şkala üzrə qiymətləndirilir. Tələb olunun balı keçən iddiaçı müdavimlər növbəti mərhələyə buaxılır. Test tapşırıqları, esse və müsahibənin nəticəsinə görə keçid balı ayrı-ayrılıqda nazirlik tərəfindən müəyyənləşdirilir. Müsabiqənin imtahan və müsahibə mərhələlərinin nəticələri nəzərə alınmaqla elektron proqram təminatı vasitəsilə namizədlərin seçdikləri vakant yerlərə yerləşdirilməsi həyata keçirilir.
Qeyd edək ki, bugün Təhsil Nazirliyi, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu ümumi təhsil müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün növbəti müsabiqə elan edib.

Direktor olmaq istəyənlərin bilməli olduğu vacib qayda – Esse yazanda bunlara diqqət edin

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər