Diş ağrıları zamanı ilkin tibbi yardım - “AQS dental center”dən TÖVSİYƏ

2090

“AQS dental center”in həkim stomatoloqu Rəna Qənbərovanın diş ağrıları zamanı həkimə qədər göstərilən ilk yardımla bağlı yazısını təqdim edirik.
Diş ağrıları çox zaman gecələr yatarkən və qidalanarkən, isti və soyuq maye qəbulu zamanı yaranır. Sinir ağrıları çox şiddətli və kəskin olur. İltihab mənşəli ağrılar zamanı müayinə etdiyimiz xəstələrin demek olar ki, böyük əksəriyyəti həkimə müraciət edənə kimi özləri dişinə müdaxilə edirlər. Həkimə qədər xəstələr müxtəlif ağrıkəsicilər qəbul edirlər. Əgər həmin vaxt həkimə müraciət etmək mümkün deyilsə, ağrıkəsici qəbulunu məqbul saymaq olar. Amma ağrıkəsiciləri qəbul edərkən ehtiyatlı olmaq lazımdır.

Xüsusilə uşaqlar, hamilə və südverən qadınlar, allergiyadan, şəkərli diabetdən, ürək-damar sistemi xəstəliklərindən, mədə-bağırsaq problemlərindən əziyyət çəkən xəstələr ehtiyyatlı olmalıdırlar. Çox vaxt ağrı keçmədikdə xəstələr ardıcıl çox sayda hətta müxtəlif növ ağrıkəsicilər qəbul edirlər. Pasiyentlər həkimə müraciət etmək əvəzinə daha güclü təsirə malik ağrıkəsicilər axtarırlar, müxtəlif məhlullarla qar-qara edirlər. Ağrıyan diş üçün türkəçarə vasitələrdən istifadə edirlər. Düzdür, bütün bu saydıqlarımız  ağrını bir az sakitləşdirir, hətta bəzən ağrını aradan qaldırır. Amma bu dişin problemini həll etmir. Sadəcə dişdə gedən prosesi xroniki hala keçirir. Xəstələr çox vaxt ağırlaşmış vəziyyətdə müraciət edirlər. Bu isə müalicəni çətinləşdirir, həm də xəstələr maddi və vaxt baxımından daha çox əziyyət çəkirlər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər