Dişləri necə ağartmaq olar? - "AQS dental center”dən TÖVSİYƏ

3263
sumqayitxeber.com “AQS dental center”in həkim stomatoloqu Ellada Abbasovanın Kanaldaxili ağartma(endoğartma)bağlı yazısını təqdim edir:

Hər birimiz bəyaz və sağlam gülüşə sahib olmaq istəyirik, amma bəzən dişlərin müalicəsindən sonra onların rənginin dəyişilməsinin şahidi oluruq. Əvvəl belə dişləri yonub üzərinə qapaq qoyulurdu. Müasir stomatologiya isə bu problemin həllinin başqa bir yolunu təklifedir- Endoağartma.

Endoağartma nədir?

Kanaldaxili ağartma əvvəllər siniri çıxmış dişlərin daxildən ağartmasıdır.

Bunun üçün xüsusi ağardıcı geldən istifadə olunur. İstifadəqaydası ağardıcı effekti olan xüsusi gel dişin daxili boşluğuna yeridilir. Bundan öncə isə dişin rəngin dəyişilmə səbəbi mütləq rentgen ilə araşdırılmalıdır.

 

Endoağartmadan əvvəlağız boşluğunu mütləq sanasiya etmək lazımdır (karioz boşluqlar təmizlənməlidir, defektlər düzəldilməlidir və diş daşlardan kənarlaşdırılmalıdır).

 

Endoağartma tam ağrısız və çox effektiv bir müalicə usuludur.

Göstərişlər:

·Müalicədən sonra diş tacının rəngin dəyişilməsi

·Dişin travmasından sonra kapilların qanaxması

·Dişin kanalların rəngli pastalar ilə doldurulması

·Sinir ölməsi (kariesin və pulpitin ağırlaşması)

·Qida qəbulu zamanı rəngləyici vasitələrin minanın çatlarından dişin daxilinə keçməsi

 

Hər birin müalicə üsullarında olduğu kimi endoağartmasında əks göstərişləri var:

·16yaşına qədər uşaqlar üçün (dişintoxumaları tam formalaşmayıb)

·Hamilə və laktasiya dövrü

·Hər hansı komponentə qarşı allerqiyanın olması

·Dişlərin həssaslığı və patoloji sürtülməsi

·Paradontun toxumasının iltihab prosesləri

·Çox sayda karioz boşluqlar

·Qalxanabənzər vəzinin xəstəlikləri və şəkərli diabet

·Rəngi dəyişilmiş plombların olması

Üstünlüklər:

·Ağrısız olması

·Təhlükəsiz olması

·Digər metodlar ilə müqayisədə qiymətin münasib olması

·Ancaq bir dişin üzərində tətbiq olunması (digər dişlərə toxunulmur)

·Dişin yonulmağına ehtiyac olmur

AQS CENTER MƏRKƏZ

Ünvan: Sumqayıt şəhəri, 13 mk-n, Babək prospekti, ev 55
Telefonlar: (018) 656 35 13, (018) 648 51 40, (018) 648 51 41, (012) 418 56 65, faks: (018) 656 37 94
Mobil: (055) 854 25 98
AQS CENTER FİLİAL
Ünvan: Sumqayıt şəhəri, 4-cü məh, ev 14/33, mənzil 17
Telefonlar: (018) 654 33 94, (018) 654 33 95
Mobil: (051) 750 37 73
Facebook: aqscenter

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər