Dişlərin müalicəsindən sonra baş verən ağrıların səbəbi - “AQS dental center” tövsiyə edir

13037

“AQS dental center”in həkim stomatoloqu Rəna Qənbərovanın dişlərin müalicəsindən sonra baş verən ağrılarla bağlı yazısını təqdim edirik.

Dişlərin müalicəsindən sonra baş verən ağrılar 2 cür olur:

1. Müalicədən sonra anesteziyanın təsiri keçdikdən sonra başlayan ağrılar

2. Bir müddət keçdikdən sonra başlayan ağrılar.

Ümumiyyətlə götürsək, diş ağrısı ilə həkimə müraciət edən pasiyentlərdən hər biri həkim qəbulundan sonra dişində olan ağrıların tam keçməsi arzusunda olur və həkimdən də istəyi ağrıdan tam qurtulması olur. Amma pasiyentlər onu da bilməlidirlər ki həkim tərəfindən müdaxilə olunmuş diş digər sağlam dişlərimizdən fərqlənəcək. Müalicə olunmuş, plomb qoyulmuş dişlərimizin əvvəlki vəziyyətə qayıtması üçün müəyyən bir vaxt keçməlidir. Amma hər bir halda dişdə ola biləcək ağrılar barədə həkim xəstəni əvvəlcədən xəbərdar etməlidir.

Müalicədən dərhal sonra başlayan ağrılar barədə həkim əvvəldən pasiyentə xəbər verir və bunun bir neçə günə keçəcəyini bildirir. Bəzən xəstələrə müxtəlif ağrı kəsicilər və fizioterapevtik prosedurlar təyin olunur. Bir müddət sonra (bir neçə gündən bir neçə aya qeder çəkə bilər) başlayan ağrılar zamanı isə məsləhət görərdim ki mütləq yenidən həkiminizə müraciət edin. Həkim müxtəlif müayinə üsullarından istifadə edərək ağrınızın səbəbini aydınlaşdıracaq və lazım olarsa dişinizə yenidən müdaxilə edəcək, məsləhətlər verəcək.

Ümumiyyətlə isə pasiyentlərimizə məsləhət görərdim ki, diş ağrıları zamanı dərhal həkimə müraciət etsinlər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər