Dörd gün sonra dağıntılar altından çıxarılan qızcığaz

1077

Türkiydə dörd gün əvvəl baş verən dağıdıcı zəlzələdən zərərçəkən vilayətlərdən biri olan Antakyada axtarış xilasetmə işləri davam edir. Əməliyyat zamanı baş verən kiçik hadisə isə hər kəsin üzündə gülüş yaradıb.

Məlumata görə, Odabaşı Məhəlləsində bir binanın dağıntılarından gələn səsləri təsbit edən axtarış-xilasetmə qrupları bu bölgədə işlərini gücləndirib. Dağıntılar üzərində aparılan işlər nəticəsində 5 yaşlı Hazal və anası Betül Güner xilas ediliblər.

Qızcığazı xilas edən heyət ondan su istəyib-istəmədiyini soruşub. Balacanın cavabı isə hər kəsi təəccübləndirib: “Yox istəmirəm, hələ müayinədən keçməmişəm”.

Qeyd edək ki, həmin yerdə dağıntılar altında ata və qızı da tapılıb.

Yaralılara ilkin tibbi yardım göstərilib və xəstəxanaya göndəriliblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər