Dostmu deyək, qardaşmı söyləyək?!

455

Bəs nədir qardaşlıq və dostluq hissi? O necə yaranır?
Qardaşlıq dillərdə gəzən bir söz deyil, könüllərdə coşan sevgidir. Bu sevgi əsrlər boyu Azərbaycan və Türk xalqlarını sıx birləşdirmiş, dostluq, qardaşlıq münasibətlərini dərinləşdirmişdi.
İki dost, qardaş ölkə arasında qırılmaz zəncir kimi möhkəm əlaqələr bu iki ölkə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilənin imzalanmasını da qaçılmaz etmişdi. Qardaş ölkə Türkiyə əsrlərdən gələn bağlarla bütün sahələr üzrə daim öz dostunun yanında yer alıb. Danılmazdır ki, 44 günlük haqq savaşımızda Türkiyə dövləti istər mətbuat və media, istərsə də cəbhədə öz türk qardaşlarına sevgi hisslərini, qardaşlıq duyğularını arxa olmaqla sübut etmiş oldu. Necə deyərlər: ”Biz qardaş dediyimiz insanlar üçün ölməyə də gedərik, öldürməyə də”,- deyimi ilə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarını təsdiqləmiş oldular.
Qardaş ölkənin siyasi-mənəvi dəstəyi, hər zaman xalqımızın yanında yer alması bir daha qardaşlıq köklərinin daha dərinə saplandığının bir isbatı oldu.
Dili, dini, ədəbiyyatı, mədəniyyəti qədim tarixə bağlı olan bu iki ölkənin daim eyni siyasət yürütməsi Qafqazda əmin-amanlığın hökm sürməsinin, dövlətlərarası münasibətlərin dərinləşməsinin göstəricisidir.
Hər iki dövlətin ümummilli liderləri Heydər Əliyevin və Mustafa Kamal Atatürkün təməlini qoyduqları sarsılmaz əməkdaşlıq beynəlxalq aləmdə iki qardaş ölkənin bütün proseslərə münasibətdə eyni mövqedən çıxış etməsi ilə nəticələnir. Azərbaycan-Türkiyə arasında yaranan əlaqələr tarixə söykənir və davamlı olaraq uğurla inkişaf edəcəkdir. İki qardaş ölkənin qarşılıqlı, səmərəli əməkdaşlığı, eləcə də birgə həyata keçirdikləri layihələr strateji tərəfdaşlığı daha da möhkəmləndirəcək.
Xəyalə Həmzəliyeva, Sumqayıt şəhər Evdə Fərdi Təhsil Məktəbinin müəllimi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər