Dövlət Komitəsi Sumqayıtda xeyriyyə aksiyası keçirib

646

115 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə qida məhsullarından ibarət bayram sovqatları verilib

 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Sumqayıt Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Novruz bayramı münasibətilə Sumqayıt şəhərində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ilə bağlı yardım aksiyası keçirilib. Tədbir Şəhidlər Xiyabanını ziyarətlə başlayıb. Tədbirdə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, Dövlət Komitəsinin Sumqayıt-Abşeron bölgəsi üzrə şöbəsinin müdiri Neman Əhədov, Şəhər İcra Hakimiyyəti Başçısının müavini Akif Quliyev, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri, eləcə də Sumqayıt şəhərində və Abşeron rayonunda fəaliyyət göstərən İslam və qeyri-islam dini icmalarının nümayəndələri iştirak ediblər. Ziyarətdən sonra tədbir iştirakçıları qarşısında çıxış edən Şəhər İcra Hakimiyyəti Başçısının müavini Akif Quliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən keçirilən bu xeyriyyə aksiyasının artıq ənənə halını aldığını bildirdi və göstərilən yüksək təşəbbüsə görə, Dövlət Komitəsinin sədri Elşad İskəndərova təşəkkürlərini bildirdi.
Daha sonra çıxış edən Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Ə.Zülfüqarov Dövlət Komitəsinin sədri Elşad İskəndərovun bayram təbriklərini tədbir iştirakçılarına çatdırdı. O, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə dövlət tərəfindən göstərilən qayğının ölkə başçısı İlham Əliyevin məqsədyönlü fəaliyyətinin tərkib hissəsi olduğunu bildirdi və bu işdə Dövlət Komitəsinə dəstək olan bütün qurumlara, xüsusilə Sumqayıt Şəhər İcra Hakimiyyətinə təşəkkürlərini yetirdi. Yardım olunanlar da öz növbəsində Dövlət Komitəsinə və Şəhər İcra Hakimiyyətinə minnətdarlıqlarını bildirdilər. Ümumilikdə, 115 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə qida məhsullarından ibarət bayram sovqatları verildi.
Elməddin

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər