Dövlət Məşğulluq Agentliyinin mərkəz rəhbəri koronavirusdan öldü

905

Dövlət Məşğulluq Agentliyinin vəzifəli şəxsi dünyasını dəyişib.

Trend-in məlumatına görə, Nazirlik yanında Dövlət Məşğulluq Agentliyinin 20 saylı Ərazi Məşğulluq Mərkəzinin direktoru Qoşqar Həsənov bu gün səhər saatlarında koronavirusdan vəfat edib.

Qeyd edək ki, 1972-ci il təvəllüdlü Q.Həsənov əvvəl “AtaSığorta” şirkətinin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsində çalışıb. O, 20 saylı Ərazi Məşğulluq Mərkəzinin direktoru vəzifəsinə bu ilin yanvarında təyin edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər