Dronlar vurdu, Ələkbərov, Süleymanov və digərləri 2 milyard dollar qazandı RUSİYADA BU HÜCUMU ƏVVƏLCƏDƏN BİLİB NEFT ALAN KİMLƏRDİR...

1175

Səudiyyə Ərəbistanının neft müəssisələrinə ötən həftə sonu edilmiş hücumlar nəticəsində dörd rusiyalı milyarder-oliqarxın sərvəti kəskin artıb.

Virtualaz.org “Kommersant”a istinadən xəbər verir ki, bu haqda “Forbes” jurnalının online rejimdə yenilənən reytinqinə əsasən məlum olub.

Belə ki, sərvəti kəskin artan 5 ən zəngin rusiyalı arasında birinci yeri “Novatek” və “Sibur” şirkətlərinin əsas səhmdarı Leonid Mixelson tutub. Onun sərvəti “Saudi Aramco”nun zavodlarına və neft yataqlarına hücumdan sonra 562 milyon dollar artıb. “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov isə bu hücumların təsiri ilə artan neft qiymətləri sayəsində 552 milyon dollar “qabağa düşüb”.

“Volga Group” şirkətinin əsas səhmdarı Gennadi Timçenko isə 533 milyon dollar qazanıb. Habelə həmin hücumlardan sonra sərvəti artanlar arasında Federasiya Şurasının üzvü Süleyman Kərimov da eyr alır. Onun oğlu Səid “Polyus Gold” qızıl hasilatı şirkətinə nəzarət edir və səhmlərin bahalaşması nəticəsində Süleymanov 305 milyon dollar “qabağa düşüb”. Beləliklə, Səudiyyənin neft emalı zavodlarına dronlarla hücumdan sonra təkcə dörd rusiyalı oliqarxın sərvəti 2 milyard dollara yaxın artmış olub.

Tanınmış rusiyalı analitik, “RusEnergy” konsaltinq şirkətinin partnyoru Mixail Krutixin “Seqodnya” portalına müsahibəsində sensasion açıqlama verərək deyib ki, Rusiyada bu hücumu əvvəlcədən bilənlər olub.

“Şübhə var ki, Rusiyada kimlərsə hazırlanan hücumdan xəbərdar olublar. Sentyabrın 11-də və ondan bir gün qabaq fiziki şəxs, yaxud bir neçə fiziki şəxs qəfildən Rusiya birjasında neft fyuçerslərini almağa başlayıb. Ola bilsin kimsə bilib və fyuçersləri aşağı qiymətə alaraq sonradan kəskin baha qiymətə satmağa hazırlıq görüb. Digər ölkələrdə bu dərhal təhqiqatın başlamasına səbəb olardı. Çünki insayder məlumatından istifadə qadağandır, xüsusən də planlaşdırılan cinayət barədə insayder məlumatından söhbət gedirsə. Rusiyada isə bunu heç kim araşdırmır”,-analitik deyib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər