Dünən Sumqayıtda istifadəyə verilən zavodun məhsulu üç ölkəyə ixrac olunacaq

1281

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) karbamid zavodunun məhsullarının üçdə ikisini Türkiyəyə ixrac edəcək.

sumqayitxeber.com trend-ə istinadən xəbər verir ki, bunu “Reuters” agentliyinə zavodun direktoru Xəyal Cəfərov deyib.

O bildirib ki, “SOCAR karbamid zavodu regionun yeganə iri müəssisəsidir və məhsulun üçdə ikisini Türkiyəyə ixrac edəcək. Bundan başqa, biz Ukrayna və Gürcüstana ixrac planlaşdırırıq. Zavodun məhsulu beynəlxalq birjaya çıxarılacaq və “SOCAR Trading” tərəfindən əməliyyatlar keçiriləcək”.

 Zavodun tikintisi üçün alınmış kreditin qaytarılmasına gəldikdə isə direktoru qeyd edib ki, ödəmə zavodun işə düşməsindən 1,5 il sonra başlayacaq, mənfəət rejiminə isə zavod 8 ildən sonra keçəcək.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər