Milli.Az xəbər verir ki, şəhərin mikrorayonları tərəfdə maşınlar çətinliklə də olsa, yollarda hərəkət edə bilsələr də, bunu etmək piyadalara ümumiyyətlə nəsib olmayıb. Bəzi küçələrində yığılan suyun dərinliyi 10 sm-ə qədər çatıb.
Aşağıda təqdim olunan video Sumqayıtın Üzeyir Hacıbəyov küçəsində (Şərq bazarının qarşısındakı küçə) çəkilib.
Qeyd edək ki, bir neçə il öncə həmin küçədə kanalizasiya sistemi ümumiyyətlə olmadığına görə sakinlər bu cür problemlə tez-tez rastlaşırdılar. Amma kanalizasiya sistemi çəkildikdən sonra vəziyyət bir qədər düzəlmişdi. Bu il isə küçələrdə su yığılması problemi yenidən yaranıb. Görünür, kanalizasiya sisteminin yaxşı işləməməsi ucbatından bu hadisə baş verir.