31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Sumqayıt şəhər mədəniyyət müəssisələrində silsilə tədbirlər təşkil edilib. Belə ki, şəhər Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü ilə Dövlət Rəsm Qalereyasında rəssam Elçin Muradovun fərdi sərgisi nümayiş etdirilib. Bundan əlavə, şəhər Mədəniyyət evində “Nur” instrumental ansamblı, “Bəndə” rok qrupunun üzvləri və fars-ingilis təmayüllü İnternat məktəbin şagirdlərindən ibarət rəqs ansamblı konsert proqramı ilə çıxış ediblər. Tədbirin sonunda şəhər Mədəniyyət Evi və Dövlət Rəsm Qalereyası tərəfindən uşaqlara yeni il hədiyyələri təqdim edilib.