“Azərbaycanda Bakı və digər şəhərlərdə əhalinin içməli su və istiliklə təchizatı universal həddə yaxın olsa da kənd yerlərində bu rəqəmlər aşağıdır. Kənd yerlərində əhalinin içməli su ilə təchizatı 76%, qaz təchizatı isə 82%-dir”. Bu barədə Dünya Bankının hazırladığı “South Caucasus in Motion” hesabatında deyilir.
Hesabata görə, ən yüksək təchizat Bakı və Abşeron ərazisində, ən aşağı təchizat isə Aran, Dağlıq – Şirvan, Gəncə və Quba regionlarındadır:“Neft və qaz sektoru Azərbaycanın ümumi ÜDM-nin təxminən 30%-ni təşkil edir. Həmçinin məşğulluqla bağlı durum da sabitdir. Belə ki, işləyən əhalinin 40%-ə qədəri kənd təsərrüfatı sektorunda işləsə də onlar ümumi ÜDM-in cəmi 5%-ni təşkil ediblər. Struktur dəyişikliklərinin olmaması iqtisadiyyatın yüksək kapital investisiyalarından asılı olmasının tipik göstəricisidir. Tikinti sektoru artdıqca aşağı işçi qüvvəsi olan neft sektoru kənd və şəhər əraziləri arasındakı boşluğu daha aydın izah edir”.