Dünya futbolunun çirkin əclafları

1053

Futbol idmanın şahıdır. Dünyada milyonlarla insan bu idman növünün vurğunudur. Futbol hiss, həyəcan, gərginlik, sevinc, göz yaşı bir sözlə hər şey deməkdir. Bu hisslərini hamısını stadionda yaşamaq mümkündür. Bu idman növünü bir çox adla adlandıranlar da var. Məsələn, kimisi üçün futbol gözəllik, kimisi üçünsə sərtlikdi. Ancaq əslində futbol bu və başqa elementləri özündə əks etdirən idman növüdür. Burada gözəllik də var sərtlik də. Amma futbolun gözəlliyi də bir çox hallarda elə onun sərtliyində, gərginliyində, dramataikliyində olur. Azarkeşlərin çılğınlığı, futboçuların sərtliyi oyuna xüsusi gözəllik qatır. Məsələn, inanmırıq ki, siz stadiona gedəsiniz hamı sanki tetra gəlmiş kimi sakitcə oturub oyuna baxa, futbolçular da emosiyasız, sakit, incə şəkildə futbol oynaya və siz də həmin atmosferdən həzz alasınız. Odur ki, futbolda mübarizlik, sərtlik, emosiya, hiss, həyəcan mütləq olmadıdır. Həm tribunalarda azarkeşlərin ifasında, həm meydançada futbolçuların ifasında. Amma söhbət sərtlikdən gedir kobidluqdan yox. Ancaq çox təəssüf ki, bu gün dünya futbolunda bir qrup futbolçular var ki, onlar öz çirkin oyunları ilə futbol adına ancaq və ancaq ləkə gətirirlər. Çəkinmədən həmin futbolçular çirkin əclaflar adladıra bilərik. Çünki əgər bir futbolçu ki, bilərəkdən öz həmkarının sağlamlığına ciddi xətər yeririr, onu fiziki cəhətdən məhv etməyə çalışır, bu futbolçulara başqa ad vermək mümkün deyil.

Sportinfo.Az-da məhz bu işdən “şərəf” duyan “ən məşhur”lar haqda bəhs edəcək.

Bunu zaman zaman eşitmişik ki, meydançada olan burda da qalmalıdır. 90 dəqiqə ərzində hətta qardaş futbolçular belə bir-birinə rəqib olurlar. Lakin 90 dəqiqənin bitimində yenə hər şey əvvəllki kimi olur. Düzdür, futbol ətraflı prinsipiallıqlar da olmalıdır bu da futbola əlavə maraq gətirir. Ancaq bizim söhbət açacağımız məsələ tamma fərqlidir. Hazırda dünya futbolunda bir sıra futbolçular var ki, böyük əksəriyyət onlara nifrət edir. Onlar bu nifrəti meydanşçada buna layiq olan əməllərinə görə qazanıblar.

Məsələn başlayaq elə “Real”ın və Portuqaliya millisinin üzvü Pepedən. Onun çirkin oyunlarını daha çox “Barselona” ilə oyunlarda görmüşük. Elə İspaniya Kral Kubokunun sonq arşılaşmalarını xatırlamaq kifayətdir. Yanvar ayında “Santyaqo Barnebau”da keçirilən ilk qarşılaşmada Pepenin Messiyə qarşı etdiyi hərəkət portuqaliya qarşı nifrəti birə beş artırdı. Əslində sözügedən qarşılaşmanı izləyən futbolsevər də həmin olayları yaxşı xatırılayır. Oyun boyu argentinalıya qarşı kobud oynayan, onu sıradan çıxarmağa çalışan Pepe epizodların birində bilərəkdən butsu ilə yerdə qalan argentinalının əlinin üstünə çıxıb onu əzdi. Sonradan ispan operatorlarının dəfələrlə ekrana gətirdiyi bu epiozd Pepenin futbola bir ləkə olduğunu bir daha sübut etdi. Ümumiyyətlə isə, portuqaliya müsdafiəçi iştirakçısı olduğu bir çox oyunlarda da həmkarlarını bilərəkdən xəsarət yetirməsim ilə diqqət çəkib.

Futbolun ən böyük üz qaralarından biri, bəlkə də birincisi İtaliya millisinin və “İnter”in sabiq üzvü Marko Materatsidir. Ümumiyyətlə, bu cürlərinə futbolçu deməyə adamın dili də gəlmir. Materatsi sözün əsl mənasında əclafdı. Yəqin oxucularımız da bu ifadəyə görə bizi qınamazlar. Çünki bu gün bütün müsəlman dünyası Materatsiya nifrət edir. Təbii ki, ilk olaraq göz önünə 2006-cı il Almaniyada keçirilən dünya çempionatının Fransa-İtaliya finalı gəlir. Bizə də elə gəlir ki, italiya futbolçunun əsl simasını açmaq üçün elə bu oyunda baş verən epiozdu misal gətirmək bəs edir. Marko oyunun gedişində fransızların müsəlman futbolçusu Zinəddin Zidanın ailəsini və dinini təhqir edərək onu təxribata çəkir. Bəzi insanlar hardasa Zidanı etdiyi hərəkətə və Materatsiya kəllə atdığına görə qınaya abilər. Ancaq düşünürük ki, əlcəzair əsilli yarımmdüfiəçi həmin epizodda hər bir müsəlmanın etməli olduğu hərəkəti etdi, ailəsinə və dininə qarşı yönələn təhqirin cavabını bunu edəni yerə sərməklə etdi. Təsadüfi deyil ki, bu gün də dünya müsəlmanları həmin hərəkətinə görə Zidanla fəxr edir. Elə xristian dünyasının da Zidana qarşı olan sevgisi zərrə qədər də olsun azalmayıb. Amma Markoya olan nifrət həmin hadisədən sonra daha da artdı. Ümumiyyətlə, bu futbolçuya olan nifrətin səbəbi tək həmin olay deyi. Çünki bundan başqa kifayət qədər faktlar var ki, bunları ortaya çıxarsaq hər kəs italiyalı müdafiəçinin tək futbol yox, elə insalıq üçün də böyük ləkə olduğunu görər. Istənilən şəxs istədiyi vaxt internet səhivılərində, yaxud çox sadə bir variantda youtube.com şəbəksində Markonun oyunlarının əks etdiridyi videoplara baxıb onun necə bir çirkin, əclaf futbolçu olduğunu görə bilərlər.Yenə deyirik, həmin hərəkətlər nəinki peşəkar futbolçuya, heç insanlığa da yaraşan hərəkət deyil. Məsələn Marko, bir çox oyunlarda rəqib komandan olan həmkarlarına qarşı bilərəkdən çox kobud oynayaraq onların sağlamlığına, həyatına xətər gətirib. Elə bir neçə illər bundanq abaq məşhur “İnter”-“Milan” derbisi zamanı onun “Milan”ın ukraynalı hücumçusu Andrey Şevçenkoya qarşı etdiyi çirkin hərəkət çoxlarının yadındançıxmayıb. Belə ki, Materatsi onunla mübarizəyə girişən ukraynalının ayağına bilərəkdən zərbə endirdi. Şevşenkonun bəxti onda gətirdi ki, zərbə isnəlinə kimi tutmadı və o şikəst olmaqdan canını qurtardı. Bundan başqa İtaliya çempionatında oynayan bir sıra futbolçular da oub ki, onlar Materatsi ilə üz-üzə gəldikləri epizoddan sonra həyatda qaldıqları üçün bu gün də Tanrıya şükür etməlidilər. Çünki həmin epizodlarda Markonun zərbəsi tam olaraq onları tutsaydı indi bəlkə də təkərli arabada gəzirdilər. Bəli, Marko hakimin gözündən yayınaraq rəqiblərinin ayağına dizinı açıq ayaqla bilərəkdən zərbı endirərək onları fiziki cəhətdən məhv etməyə çalışdığı üçün elə öz azarkeşləri tərəfindən “qəssab” ləqəbini qazanıb.

Futbolun çirkin simalarından biri də hazırda “Milan”ın şərəfini qoruyan hollandiyalı yarımmüdafiəçi Van Bommeldi. Onun çirkinlikləri hələ “Bavariya”da oynadığı vaxtlardan məlumdu. Hollandiyalı oyunun gedişində rəqiblərinə qarşı çox iyrənc hərəkətlər edərək onların sağıalmlığına xəsarət yetirməkdə məşhurdu. Yəqin ki, siz özünüz də onun bu iyrəncliyini görmüsünüz. Deməli, Marko neyləyir? O, xəsarət yetirəcəyi futbolçunu əvvəllcədən qaralayır. Sonra isə həmin futbolçu ilə mübarizəyə gedir və hakimin başqa istiqamətə baxdığını görən ki, qaraladığı futbolçunun ayağına, yaxud sifətinə bilərəkdən zərbə endirir. Epizodun təkrarına da baxarkan aşkar şəkildə görünür ki, Marko topa deyil məhz rəqibə gedir və bütün diqqəti də topda yox rəqibin sifətində olur. Hətta bu hərəkətinə görə Almaniya Futbol İttifaqı bir neçə dəfə onu diskvalivikasiya da edib. Ancaq van Bommel düzəlmək bilmir ki, bilmir. Elə hazırda “Milan”ın heyətində keçirdiyi oyunlarda da onun bir neçə dəfə bilərəkdən rəqibə xəsarət yetirdiyinin şahidi olmuşuq. Ümumiyyətlə, bu cür futbolçuları psixi cəhətdən problemli də adlandırmaq olar. Hər halda normal futbolçu, normal insan qarşısındakının sağlamlığına xətər gətirməz.Ümumiyyətlə, bu cür hərəkəti edən bir sıra futbolçular var. Ancaq haqqında söz açdığımız bu 3 nəfər bu sahədə xüsusi ad çıxardıblar. Məsələn, dünya futbolunda “dəli” ləqəbi ilə ad çıxardan Qattuzo kimi futbolçu da var. Onun oyun tərzini ifadə etməyə ehtiyac yoxdur, çünki bütün futbol həvəskarları onu gözəl tanıyır. Ancaq Qattuzzo nə qədər sərt, əsəbli, hirsli oynasa da heç vaxt kiməsə qarşı bilərəkdən kobudluq edib onu bilərəkdən “sındırmır”. Ancaq Pepe, Materatsi və van Bommel müasir futbolun üz qaraları, futbol və insanlıq adına ən böyük ləkələrdi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər