DÜNYA ŞÖHRƏTLİ YAZIÇININ ƏSƏRLƏRİ HƏMYERLİMİZİN TƏRCÜMƏSİNDƏ

1464

Bu günlərdə həmyerlimiz, şair-publisist Əli Nəcəfxanlının tərcüməsindəCorc Oruellin “Birma günləri” və “Kataloniyaya məhəbbətlə” romanları “Qanun” nəşriyyatında çapdan çıxmışdır. Daha çox jurnalistika və şeir yaradıcılığı ilə tanınan Əli Nəcəfxanlı beş kitab müəllifi, Həsənbəy Zərdabi mükafatı laureatıdir. Bu tərcümə kitabları isə onun dilimizə çevirdiyi ilk xarici bədii əsərlərdir.

Həmyerlimizin yaradıcılığına müraciət etdiyi Corc OruellXX əsrin tanınmış ingilis yazıçısıdır.Onunbir sıraəsəri  dünyada geniş yayılmışdır. Azərbaycan oxucusuna ilk dəfə təqdim olunan“Birma günləri” yaradıcılığının erkən dövrlərinə təsadüf edən və birnəfəsə oxunan romanlarındandır. Hamısını birmalı aborygenlər üzərində üstünlük hissi birləşdirən, amma iç dünyaları tam fərqli olan ingilis müstəmləkəçilərin həyatı, onların zadəgan tövrləri, özlərini xırda ədavət hisslərinə qurban vermələri əsərdə ustalıqla qələmə alınıb. Müəllif, günbəgün böyük imperiya inamını itirən bir ingilisin faciəvi taleyi fonunda gözəl realist əsər yaradıb.

“Kataloniyaya məhəbbələ”isəbioqrafik sənədli romandır. Siyasi baxışları 1936-cı ilin dekabrında Corc Oruelli Frankoya qarşı savaşan ispan respublikaçılarının sıralarına gətirmiş və o, marksist fəhlə partiyasının hərbi dəstələrində vuruşmuşdur. 1937-ci ilin iyununda bu ölkəni tərk edən yazıçı  ispan faşizminə qarşı beynəlmiləl mübarizəni əks etdirən dəyərli bir əsər qələmə ala bilmişdir.Müəllifin nəyinki  öz gözləriylə gördüyü, hətta bilavasitə iştirakçısı olduğumüharibə bütün ziddiyyətləri və pislikləriylə, ondan bəhrələnmək istəyənlərin oyun və yalanlarıyla, habelə uğrunda vuruşduğuna inananların fədakarlıqlarıyla qələmə alınıb.

Əsərlər tərcüməçi tərəfindən dilimizə ustalıqla çevrilmişdir. Əli Nəcəfxanlının hazırda Corc Oruellin daha bir əsəri – “Keşiş qızı”adlı romanının tərcüməsi üzərində çalışır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər