Dünyada ən aşağı həyat keyfiyyəti olan şəhərlər hasılardır? – TOP-10

1639
“Deutsche Bank” həyat keyfiyyəti üzrə dünya şəhərlərinin reytinqini tərtib edib. Ümumiyyətlə, siyahıya dünyanın 56 şəhəri daxil olub.
ONA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, həyat keyfiyyətini qiymətləndirmək üçün ekspertlər əhalinin alıcılıq qabiliyyəti, təhlükəsizlik səviyyəsi, səhiyyə, yaşayış xərcləri, gəlirin və mənzil dəyərinin nisbəti, çirklənmə səviyyəsi və digər parametrləri təhlil ediblər. Nəticədə, Laqos ən aşağı həyat səviyyəsi olan şəhər kimi reytinqin birinci pilləsində yer alıb. Nigeriyanın cənubi-qərbində yerləşən bu liman şəhərinin əhalisi 13 milyondan çoxdur. Şəhərin ekoloji durumu narahatlıq doğurur. Şəhərin iri kvartalları infrastrukturdan məhrumdur, insanlar xarabalıqlarda məskən salıb. Şəhərin ən böyük problemlərindən biri isə zibildir.

Həyat səviyyəsi ən aşağı olan şəhərlərin reytinqi:
# Şəhər Ölkə
1 Laqos Nigeriya
2 Pekin Çin
3 Manila Filippin
4 Dəkkə Banqladeş
5 Cakarta İndoneziya
6 Mumbay Hindistan
7 Rio-de-Janeyro Braziliya
8 Qahirə Misir
9 Şanxay Çin
10 San-Paulu Braziliya

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər