Dünyanın ən bahalı şəhərlərinin reytinqi -TAM SİYAHI

1721

İsveçrənin Sürix və Cenevrə şəhərləri dünyanın ən bahalı şəhərləridir.
Publika.az xəbər verir ki, bu haqda UBS AG bankı tərəfindən aparılmış tədqiqatların nəticələrində deyilir.
Reytinqin “top-5”-liyində həmçinin Oslo, Kopenhagen və Nyu-York yer alıb. Siyahıya 77 şəhər daxil edilib.
Tədqiqata əsasən, Sürixdə evin icarəsi daxil edilmədən, malların və xidmətlərin minimal dəstini təmin edəcək aylıq gəlir 4260 dollar təşkil edir. Cenevrədə bu göstərici bir az daha azdır: 4165 dollar. Nyu-Yorkda isə aylıq 3673 dollara ehtiyac var.
Rusiyanın ən böyük şəhərləri olan Moskva və Sankt-Peterburq müvafiq olaraq 54 və 51-ci yerlərdə qərarlaşıb. Rusiyanın paytaxtında yaşamaq üçün xərclər 2260 dollar təşkil etdiyi halda, Sankt-Peterburqda bu göstərici 2300 dollardır.
Qahirə reytinqin ən ucuz şəhəridir. Burada yaşama üçün aylıq cəmi 1272 dollar lazım olacaq. Ukraynanın Kiyev şəhəri 1618 dollar göstərici ilə 75-ci yerdə qərarlaşıb. İstanbul isə 1937 dollarla 67-ci yerdədir:
UBS-un məlumatına görə, öyrənilmiş şəhərlərdən ən bahalı yeməklər Cenevrə və Sürixdə, ən ucuz yeməklər isə Kiyev və Laqosda qeydə alınıb. Evin icarəsinin qiyməti üzrə reytinqə Honkonq və Nyu-York (aylıq 4000 dollar) başçılıq edir.
Bütöv siyahı ilə burdan tanış ola bilərsiniz.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər