“AT Kearney” beynəlxalq konsaltinq agentliyinin ekspertləri dünya şəhərlərinin rəqabətqabiliyyətlilik səviyyəsini qiymətləndirərək “Global Cities Report 2019” reytinqini tərtib ediblər.
“APA-Economics”in xarici mətbuata istinadən verdiyi məlumata görə, rəqabətqabiliyyətlilik indeksini hazırlayan zaman mütəxəssislər dünyanın 135 şəhərini 27 parametrə görə qiymətləndiriblər. Sözügedən parametrlər beş əsas göstəriciyə ayrılıb: işgüzar fəaliyyət, insan kapitalı, məlumat mübadiləsi, mədəni təcrübə və siyasi iştirak.
Nəticədə, reytinqin ilk üçlüyündə Nyu-York, London və Paris şəhərləri qərarlaşıb.
Dünyanın ən rəqabətqabiliyyətli TOP-10 şəhəri:
# | Şəhər |
1 | Nyu-York |
2 | London |
3 | Paris |
4 | Tokio |
5 | Honkonq |
6 | Sinqapur |
7 | Los-Anceles |
8 | Çikaqo |
9 | Pekin |
10 | Vaşinqton |