Dünyanın ən zəngin siyasətçiləri

841

“The New York Times” sərvəti 1 milyard dollardan artıq olan siyasətçilərin siyahısını dərc edib

Dünya milyonçularının böyük əksəriyyəti Rusiya və Amerikada siyasi fəaliyyətlə məşğul olur. Milli.Az Anspress-ə istinadən xəbər verir ki, “The New York Times” qəzeti Çinin baş naziri Ven Szyabaonun aktivlərinin ümumi dəyərinin 2,7 milyard dollar olduğunu açıqlayıb. Jurnal sərvəti 1 milyard dollardan artıq olan siyasətçilərin daha kimlər olduğunu yazıb. Dünyanın ən zəngin siyasətçiləri siyahısında 5 yeri Rusiyadan olan iş adamları, elə o qədər də ABŞ-dan olan sahibkarlar tutublar. Beləliklə:

Maykl Blumberq

Sərvəti: $22 milyard. Forbes-un dünya siyahısında: №20. Nyu-Yorkun meri ( 2002-ci ildən). İnformasiya agentliyi “Bloomberg”in təsisçisi və sahibi. O, 1990-cı illərin sonundan siyasətdədir. 2002-ci ildən Nyu-Yrokun meri olub. Mer seçiləndən sonra özünə 1 dollar əmək haqqı təyin edib. Ancaq özünün şəxsi biznesi hesabına dolanır.

Mixail Proxorov

Sərvəti: $13,2 milyard. Forbes-un dünya siyahısında: №58. Rusiyanın Forbes siyahısında: №7. “Qrajdanskaya platforma” partiyasının lideri (2012-ci ilin noyabrından). “Qruppa ONEKSİM” investisiya fondunun rəhbəridir. Keçən il prezident seçkilərində iştirak edib. Səsvermənin nəticəsinə görə, Vladimir Putin və Gennadi Züqanovdan sonra üçüncü olub.

Bidzina İvanişvili

Sərvəti: $6,4 milyard. Forbes-un dünya siyahısında: №153. Rusiyanın Forbes siyahısında -2011: №25. Gürcüstanın baş naziri (2012-ci ilin 25 oktyabrından). O, Rusiyada “Rossiyski kredit” bankını yaradaraq kapitalını da orada qazanmağa başlayıb. Gürcüstanda siyasi fəaliyyətə başlamazdan öncə Rusiya səhmlərini satdı. Daha sonra isə Rusiya vətəndaşlığından imtina etdi. Onun sədri olduğu “Gürcü arzusu” 2012-ci ilin 1 oktyabr seçkilərində qalib gəldi.

Silvio Berluskoni

Sərvəti: $5,9 milyard. Forbes-un dünya siyahısında: №169. İtaliyanın sabiq baş naziri (2008-2011-ci illərdə). İtaliyanın keçmiş baş naziri, “Arnoldo Mondadori editore» nəşriyyat trestinin sahibidir. Bundan başqa, sığorta, ticarət və investisiya biznesilə məşğul olur. Üç dəfə İtaliya Nazirlər Kabinetinin rəhbəri seçilib.

Henri Ross Pero

Sərvəti: $3,5 milyard. Forbes-in dünya siyasısında: №314. ABŞ-da prezidentliyə iki dəfə namizəd (1992, 1996.). IBM şirkətinin top-menecerlərindən biri olub. Oranı tərk etdikdən sonra şəxsi “EDS” şirkətini yaradıb. 1984-cü ildə isə onu “General Motors”a satıb. Hazırda “Perot Systems Corporation”a malikdir, alkin şirkəti oğlu idarə edir.

Andrey Quryev

Sərvəti: $3,5 milyard. Forbes-in dünya siyahısında: №314. Forbes-in Rusiya siyahısında: №29. Federasiya Şurasının üzvü ( 2001-ci ildən). “Menatep” şirkətinin top-menecerlərindən biri olub. Hazırda “Fosaqro” şirkətinin rəhbəridir. 2001-ci ildən Murmansk vilayətinin senatorudur. “Vahid Rusiya” partiyasının üzvüdür.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər