Dünya Gənc Yazarlar Birliyinin dəvəti ilə “Bakıdan Türk dünyasına ” layihəsi çərçivəsində ölkəmizə gəlmiş türk ölkələrindən olan bir qrup yazar və jurnalist heyətinin iştirakı ilə Sumqayıtda Poeziya evində “Qazax şeiri antologiyası”nın təqdimatı və imzalanma mərasimi keçirilib.
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə baş tutan tədbirdə DGTYB-nin Məsləhət Şurasının başqanı Əkbər Qoşalı layihə barədə məlumat verərək bildirib ki, əsas məqsəd Türkiyə ölkələri və xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin ədəbiyyat müstəvisində daha inkişaf etdirmək, türk dünyasının qələm sahiblərinin ədəbi mühitində canlanma yaradılmasına töhfə verməkdir. O ,bu layihədə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Tatarstan, Saxa – Yakutiya, Özbəkistandan olan yazarların qatıldığını bildirərək bu cür tədbirlərin türk ədəbi birliyinin daha da güclənməsinə,xalqlarımız arasında dostluq və qardaşlıq ənənələrinin daha da inkişaf etdirir. Poeziya Evinin direktoru şair İbrahim İlyaslı qonaqları gənclər şəhərin Sumqayıtda görməkdən şad olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan dilində Qazax şairlərinin şeirlərinin yer aldığı “Yeni qazax anyologiyası ” kitabı türk dünyası ədəbi ictimaiyyətinə mühüm töhfə olduğunu diqqətə çatdırıb.
Kitabın tərtibatçısı, şair Tanagözə İlyasova Qazaxıstan nümayəndə heyəti adından belə bir nəşri ərsəyə gətirməkdə fəallıq göstərdiyinə görə Dünya Gənc Türk Yazarlar Birliyinin simasında Azərbaycana təşəkkür edib.
Bu cür layihələr və ədəbi əlaqələr yeni ideyaların yaranmasına və ədəbiyyatın inkişafına təsir edir. Qazaxıstan Prezidentinin sərəncamı ilə təltif edilmiş jurnalist Aida Eyvazlı görülən işləri yüksək qiymətləndirib.
Tatarıstan Yazıçılar Birliyinin başqanı, əməkdar mədəniyyət işçisi, tanınmış yazıçı-dramaturq Danil Salih, Qazaxıstanın əməkdar mədəniyyət işçisi, tanınmış şair Almas Ahmetbekoğlu, Qazaxıstan Dövlət Elmi Kitabxanasının direktor müavini Dauletkerey Kapoğlu, Ə.Yasəvi adına Türk-Qazax Universitetinin əməkdaşı, şair-tərcüməçi dr.Gülnaz Faizulla, Dauren Berikkajıoğlu və Qazaxıstanın müxtəlif ədəbi ödülləri ilə təltif olunmuş daha 13 şair-publisisti, habelə Saxa (Yakutiya) Yazıçılar Birliyi Gənc Şairlər Bölümünün başçısı, şair-tərcüməçi Qavril Andros, yenə Saxa (Yakutiya) Respublikasından Rüstəm Kazhenkin, Türkiyədəki “DünyaDER” ədəbi qurumunun təmsilçisi, gənc şair Özgür Bacaksız, Qırğız Respublikasının gənc şairi Bekbolat Sarıbay, Özbəkistan şair-tərcüməçilərini təmsilən Şoxista Artukova (Kamranlı), Təbriz gənc şairlərinin nümayəndəsi Ümid Nəccari çıxış edərək öz şeir və öz milli ədəbiyyatları barəsində məruzələrini təqdim ediblər.