Azərbaycanda gənc iş xanımının ürəktutmadan dünyasını dəyişməsi ilə bağlı xəbər vermişdik.
sumqayitxeber.com xəbər verir ki, dünyasını Ülkər İskəndərova Sumqayıtın tanınmış həkimi Rəfiəli Maşalla oğlu Novruzovun qızıdır. Qeyd edək ki, Rəfiəli Novruzov Sumqayıt şəhər 4 nömrəli Xəstəxanada çalışıb, Sumqayıt şəhərinin baş cərrahı olub.
29 yaşlı Ülkər İskəndərova bir neçə gün öncə gözlənilməz şəkildə vəfat edib.
Ülkər İskəndərova artıq bir neçə ildir ki, nişan, toy və xınayaxdı məclisləri üçün xonçaların hazırlanması işinin təşkili ilə məşğul olub. Onun instaqramda “nazli_design” səhifəsinin 75 mindən çox izləyicisi var.
Gənc iş xanımı ötən həftə həkim olan hər iki valideyninin koronavirusla mübarizədə virusa yoluxduğunu və müalicələrinin davam etdirildiyini qeyd etmişdi: “Şükürlər olsun ki, hər iki valideynimin vəziyyəti artıq yaxşılığa doğru gedir. Tezliklə evə yazılarlar. Artıq işlə bağlı paylaşımları könül rahatlığı ilə edə biləcəm. Çox soyumuşdum hər şeydən, əlim heç bir işə gəlmirdi. Allah deyirmiş ki, canın sağlam, doğmaların yanındaykən heç nəyin dərdini çəkib şikayətlənmə. Elə bir dərd gələr ki, bir zamanlar o şikayətlənmələrinə görə peşman olarsan. Özünüzü qoruyun”.
Bu, mərhumun son paylaşımı olub və izləyicilərini kədərləndirib.
Qeyd edək ki, Ü. İskəndərovanın iki azyaşlı qızı var. O, ikinci dəfə isə bir neçə ay əvvəl ana olmuşdu.