Ermənistan silahlı qüvvələrinin ötən gün guya Azərbaycan ordusunun polkovniki Hafiz Ağayevi öldürməsi ilə bağlı yaydıqları xəbər növbəti yalan məlumatdır.
sumqayitxeber.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən Report-un sorğusuna cavab olaraq bildirilib.
Məlumatda qeyd olunur ki, polkovnik Hafiz Ağayevin səhhəti yaxşıdır və hazırda xidmətini davam etdirir.
Beləliklə, ermənilərin yaydığı bu cəfəngiyyat da “feyk-nyus”dan başqa bir şey deyil.