Ədliyyə naziri Sumqayıtda vəkil bürosuna baş çəkib

2483

Ölkə Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov iyulun 4-də Sumqayıt şəhərində ədliyyə fəaliyyəti ilə bağlı vətəndaşları qəbul edib.

Sumqayitxeber.com xəbər verir ki, nazir qəbuldan sonra Sumqayıt Regional Vəkil Bürosuna da baş çəkib.

F.Məmmədov büroda yaradılmış şəraitlə tanış olub və vəkillərə tövsiyələrini verib.

Büronun müdiri Anar Qasımlı məlumat verərək bildirib ki, Sumqayıt Regional Vəkil Bürosu ölkənin ilk Regional vəkil bürosudur. Digər bürolardan fərqli olaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin yurisdiksiyasında olan şəhər və rayonlarda fəaliyyət göstərən vəkillərin işini koordinasiya etmək, onlardan vaxtlı-vaxtında statistik hesabların alınmasını təşkil etmək, region vəkillərinin şəhərimizdə fəaliyyət göstərən apelyasiya instansiyası məhkəməsinə, habelə Sumqayıt İnzibati-İqtisadi məhkəməsinə ezam olunduqları vaxt onlara normal əmək şəraitinin yaradılması, büronun bütün maddi-texniki imkanlarından ödənişsiz və məhdudiyyətsiz istifadə edə bilmələrinə imkan yaradılması, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən regionda fəaliyyət göstərən vəkillər və vəkillik qurumları ilə bağlı verilmiş tapşırıqları icra edilməsi və ən mühümü isə, regionda yaşayan əhalinin hüquqi yardıma ehtiyacı olan aztəminatlı təbəqələrinə yüksək keyfiyyətli hüquqi yardım göstərmək öhdəliyi vardır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti olduğunu vurğulamış, hüquqi dövlətdə vəkillik təsisatın rolunu nəzərə alaraq, ölkəmizdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində görülən işlər çərçivəsində vəkilliyin inkişafına dəstək vermək məqsədilə “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 22 fevral 2018-ci tarixli 3707 saylı Sərəncamı imzalamışdır. Sərəncamın 1.2-ci bəndinə əsasən Vəkillər Kollegiyasının Sumqayıt şəhərində bina ilə təmin olunması nəzərdə tutulmuş, Sərəncamın icrasının təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının istifadəsinə qeyri-yaşayış sahəsinin verilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 sentyabr 2018-ci il tarixli sərəncamı ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon, Zülfü Hacıyev küçəsi 71 ünvanda yerləşən doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki, 171,6 kv.m. qeyri-yaşayış sahəsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının əvəzsiz istifadəsinə verilmişdir.
07 dekabr 2018-ci il tarixdə Sumqayıt Regional Vəkil Bürosu təsis edilmişdir. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 13 dekabr 2018-ci il tarixli qərarı ilə Sumqayıt Regional Vəkil Bürosunun təsis sənədlərinin dövlət qeydiyyatına alınması üçün göndərilməsinə dair müsbət rəy verilməklə yanaşı, Büronun Sumqayıt şəhəri, 9-cu mikrorayon, Zülfü Hacıyev küçəsi 71 ünvanda fəaliyyət göstərməsinə razılıq verilmişdir.
Sumqayıt Regional Vəkil Bürosu 27 dekabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Sumqayıt Regional Vəkil Bürosuna ayrılmış inzibati bina Azərbaycan Respublikasının Vəkillər Koillegiyası tərəfindən müasir tələblərə uyğun şəkildə tam təmir olunaraq, kompüter-texniki və digər zəruri ofis avadanlıqları ilə təchiz edilmişdir.

Təmir işləri Azərbaycan Respublikasının dövlət büdcəsinin Ehtiyat Fondundan bu məqsədlər üçün Vəkillər Kollegiyasına ayrılmış vəsait hesabına təmin edilmişdir.
Bununla bağlı Azərbaycan Respublikasinin Şəhərsalma və Tikinti Məcəlləsinin, habelə tikinti-təmir sahəsini tənzimləyən digər hüquqi aktların tələblərinə uyğun olaraq inzibati bina üzrə görüləcək işlərin həcmi dəqiqləşdirilmiş və təmirlə əlaqədar ehtimal olunan qiymətlərin müəyyən edilməsi məqsədilə Vəkillər Kollegiyası tərəfindən müvafiq qaydada Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Tikintidə Qiymətqoyma Mərkəzinə müraciət edilmişdir.

21 may 2019-cu il tarixdə Vəkillər Kollegiyasının sədri cənab Anar Bağırovun rəhbərliyi ilə region vəkillərinin, Milli Məclis deputatlarının, yerli icra hakimiyyəti, habelə məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının nümayəndələri və KİV nümayəndələrinin iştirakı ilə Sumqayıt Regional Vəkil Bürosunun inzibati binasının təntənəli açılışı keçirilmişdir.
21 may 2019-cu ildə rəsmi açılış mərasimindən bu günə kimi, büronun vəkilləri tərəfindən iki dəfə -28 May Respublika günü və 15 iyun Milli Qurtuluş günü münasinətilə kütləvi xarakterli pulsuz hüquqi yardım aksiyası keçirilmiş, 60 nəfərdən artıq aztəminatı şəxsə ərizə və şikayətin yazılması da daxil olmaqla pulsuz hüquqi yardım göstərilmişdir. Bundan əlavə, VKRH-nin göstərişinə əsasən 06 iyul 2019-cu il tarixdə büronun vəkilləri Qusar şəhərinə ezam olunaraq, Qusarda və ətraf rayonlarda yaşayan aztəminatlı şəxslərə pulsuz hüquqi yardım göstəriləcəkdir.
Bundan əlavə əhalinin aztəminatlı təbəqəsinə büromuzda mütəmadi olaraq gündəlik pulsuz hüquqi yardım göstərilir. Hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslərin pulsuz hüquqi yardımdan istifadə edə bilmələri üçün büromuza göndərilməsinə dair dair tərəfimizdən şəhər icra hakimiyyətinə, Sumqayıtda fəaliyyət göstərən Qubadlı rayon icra hakimiyyətinə, şəhərdə fəaliyyət göstərən bütün məhkəmə və digər müquq mühafizə orqanlarına rəsmi məkrətubla müraciət edilmişdir.
25 iyun 2019-cu il tarixdə isə, Milli Məclisin Sumqayıt şəhərindən seçilmiş deputatları Tahir Mirkişili və Mirzəcan Xəlilovla aztəminatlı seçicilərə pulsuz hüquqi yardım göstərilməsi barədə qarşılıqlı əməkdaşlıq memorandumu imzalanmışdır.
Vəkillər Kollegiyasının rəhbərliyinin yüksək etimadı nəticəsində büromuz Azərbaycan vəkilliyi tarixində ilk dəfə 15 iyun 2019-cu il tarixdə keçirilən l Vəkil şahmat turnirinə ev sahibliyi etmişdir.
Bundan əlavə, Azərbaycan vəkilliyinin 100 illiyi münasibətilə 30 iyul tarixində büromuzda növbəti lütləvi pulsuz hüquqi yardım aksiyası təyin edilmişdir.

Bundan əlavə, qeyd etmək istəyirəm ki, büromuz cənab Prezidentin məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi haqqında məlum fərmanından irəli gələn məsələlərin həyata keçirilməsi istiqamətində də əməli fəaliyət göstərir və şəjərimizdə fəaliyyət göstərən aidiyyətinqurumlarla yaxından əməkdaşlıq edir. Bu münasinətlə 25 iyun 2019-cu il tarixdə SRVB ilə YAP Sumqayıt şəhər təşkilatı tərəfində “Sumqayıtda məhkəmə-hüquq islahatları” mövsuzunda şəhərdə fəaliyyət göstərən vəkillərin, məhkəmə və digər hüquq mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə birgə konfrans keçirilmiş, konfransda fərmanın tarixi əhəmiyyəti vurğulanaraq, qarşımızda qoyulmuş məsələlər dərindən təhlil edilmiş, onların icra mexanizmləri müzakirə edilmişdir.

Qeyd edim ki, Sumqayıt Regional Vəkil Bürosunun əhatə etdiyi regionda 131 nəfər vəkil fəaliyyət göstərir, onlardan 43 nəfəri Sumqayıt şəhərində, qalanları isə, digər regionlarda fəaliyyət göstərirlər.

SRVB-dən başqa Sumqayıtda Sumqayıt şəhər 1 saylı vəkil bürosu və Sumqayıt ASAN vəkil bürosu fəaliyyətdədir. 1 saylı büronun yerləşdiyi inzibati bina hazırda VK tərəfindən əsaslı təmir olunur. Təmir müddətində 1 saylı büronunnvəkilləri müvəqqəti olaraq başqa ofislə təmin olunublar. Tezliklə əsaslı təmir olunmuş binada fəaliyyət göstərəcəklər. Artıq Sumqayıt şəhərində mövcud olan bütün vəkil büroları müasir standartlara uyğun əsaslı təmir olunmaqla yanaşı, ofis mebeli, kompüter-texniki və digər zəruri avadanlıqlarla tam təchiz olunubdur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər