“Deutsche Bank”ın mütəxəssisləri bütün vergilərdən və mənzil kirayəsindən sonra əhalinin real gəliri baxımından dünya şəhərlərinin reytinqini tərtib edib.
ONA -nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ekspertlər ailədə iki nəfərin işlədiyini nəzərə alaraq ayda adambaşına düşən gəlirləri hesablayıblar.
Siyahının ilk pilləsində San-Fransisko qərarlaşıb. Burada əhalinin adambaşına düşən aylıq real gəlirin həcmi 4 710 ABŞ dolları təşkil edir. Reytinqin son yerini isə Vellinqton tutub. Bu şəhərdə sözügedən göstərici 2 075 dollara bərabərdir.
Əhalinin ən yüksək real gəliri olan TOP-10 şəhər:
# | Şəhər | Ölkə | Əhalinin adambaşına düşən aylıq real gəliri, ABŞ dolları |
1 | San-Fransisko | ABŞ | 4 710 |
2 | Sürix | İsveçrə | 4 626 |
3 | Çikaqo | ABŞ | 3 298 |
4 | Boston | ABŞ | 3 188 |
5 | Nyu-York | ABŞ | 3 157 |
6 | Sidney | Avstraliya | 2 615 |
7 | Melburn | Avstraliya | 2 485 |
8 | Oslo | Norveç | 2 342 |
9 | Kopenhagen | Danimarka | 2 285 |
10 | Vellinqton | Yeni Zelandiya | 2 075 |