Meyxanaçı qardaşlar Ehtiram və İntiqam arasında narazıçılıq olub.
axşam.az bildirir ki, qardaşlar uzun müddət küsülü qalıblar. Hətta Ehtiram İntiqamın övladının toy məclisinə də qatılmayıb.
Bu haqda Ehtiram “5/5” verilişində danışıb:
“Aramızda möhkəm inciklik olmuşdu. Mən getmirəmsə, evdə kim gedə bilərdi ki, o toya? Heç kim gedə bilməzdi. Sonra bir yerdə görüşüb barışdıq”.