Ekologiya və dayanıqlı inkişaf məqsədləri istiqamətində təlim kursuna yekun vurulub

328

“Sağlam Düşüncə” Gənclər Təşkilatı 9-11 Fevral tarixlərində Qusar Olimpiya İdman Kompleksində 25 gəncin iştirakı ilə ekologiya və dayanıqlı inkişaf məqsədləri istiqamətində “Qış məktəbi” təlim kursuna uğurla yekun vurmuşdur. 

Təlimin məqsədi gənclərin ekoloji savadlılığını artırmaq, onların ekoloji istiqamətdə nəzəri biliklərini formalaşdırmaq və dayanıqlı inkişaf məqsədləri istiqamətində iştirakçılığını artırmaqdır. 

Təlimin ilk günündə iştirakçıların bir-birini tanıması üçün müxtəlif oyunlar oynanılmış, komanda quruculuğu formalaşdırılmış və mövcud olan ekoloji problemlərlə bağlı iştirakçılar tərəfindən təqdimatlar olmuşdur. Təlimin ikinci günündə təlimçi Gülsarə Qasımova tərəfindən dayanıqlı inkişaf məqsədləri mövzusunda təlim keçirilmiş eləcə də COP29 ilə bağlı məlumat verilərək iştirakçıların bu istiqmətlərdə məlumatlılığı artırılmışdır. Günün ikinci yarısında iştirakçılar əldə etdikləri biliklərə əsasən öz layihə ideyalarını formalaşdıraraq təqdim etmişlər. Son gündə təlimçi Rauf Əliyev tərəfindən layihələrin idarəedilməsi ilə bağlı təlim keçirilmiş və təlimin nəticəsi olaraq iştirakçılar öz layihələrini uğurlu icra etməyin yollarını öyrənmişlər. Günün ikinci yarısında layihənin qiymətləndirilməsi və növbəti planların müzakirəsi baş tutmuşdur. 

Növbəti mərhələdə təlim kursuna cəlb olunan iştirakçılar öz layihə ideyalarını inkişaf etdirərək icra etməklə daha çox məktəbli və gənclərə öyrəndiklərini çatdıracaqlar. 

Qeyd edək ki, “Eko-Aktivist” layihəsi Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə 17-ci qrant müsabiqəsinin qalibi olaraq icra olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər