“Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 31-i Azərbaycan və Rusiya Prezidentləri İlham Əliyev və Vladimir Putinlə görüşmək üçün Soçiyə yollanacaq”.
“Məndə olan məlumatlara görə, Paşinyan səfər edəcək. Düşünürəm ki, görüş baş tutacaq”, – deyə Simonyan söyləyib.
Xatırladaq ki, Vladimir Putin oktyabrın 14-ü Astanada MDB dövlət başçıları Şurasının iclasında çıxışı zamanı İlham Əliyevlə Nikol Paşinyanı Rusiyada görüş keçirməyə dəvət etmişdi. Rusiyanın “Vedomosti” nəşri isə görüşün Moskva və yaxud Soçidə keçirilə biləcəyini yazıb.