Əliyevlə Paşinyan arasındakı razılaşmanın SİRRİ: Ərdoğanın PLANI İŞƏ DÜŞÜR VƏ… – Tarasov AÇIQLADI

1468

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan MDB dövlət başçılarının Düşənbədə keçirilən iclası çərçivəsində görüş zamanı təmas xəttində gərginliyin azaldılması üçün iki ölkənin hərbiçiləri arasında əlaqənin yaradılması haqqında razılığa gəldilər.

Publika.az xəbər verir ki, bu razılaşma münaqişənin həlli olunması ilə bağlı aparılan uzunmüddətli danışıqlarda nadir rast gəlinən məqamdır.

Ermənipərəst mövqeyi ilə tanınan rusiyalı politoloq Stanislav Tarasov iddia edir ki, prosesə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan daxil olacaq.

“Proqnozumuz belədir ki, Əliyevlə Paşinyanın razılaşması praktiki olaraq reallaşmağa başlayanda Ərdoğan prosesə daxil olacaq. Ankara Ermənistanla münasibətləri normallaşdırmaq və Azərbaycanın ərazi bütövlüyünün bu formada həllini tapmasını istəyir. Görünür, Bakı və Ankara Qarabağla bağlı birgə strateji plan hazırlayıblar və Düşənbədəki razılaşma bu planın ilk mərhələsinin başlanması idi”, – deyə o bildirib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər