Rusiyanın tanınmış teleaparıcısı Vladimir Solovyevin dövlət telekanalı olan “Rossiya 1”də yayımlanan proqramında Düşənbədə baş tutan MDB Dövlət Başçıları Şurasından maraqlı görüntülər yayımlanıb.
“Qafqazinfo” xəbər verir ki, kadrlardan da göründüyü kimi Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan liftdən birgə çıxırlar. Onlarla yanaşı, liftdə MDB-nin icraçı katibi Sergey Lebedev də olub. Digər ölkə liderləri isə qonşu liftdə olublar.
“Rossiya 1”in müxbiri həmin kadrları “sensassion” adlandırıb. Bildirilir ki, liderlər gərgin olsalar da, zala daxil olana qədər söhbət ediblər.
Qeyd edək ki, daha əvvəl Azərbaycan və Ermənistan liderlərinin Düşənbədə sammit çərçivəsində söhbətləşmələrini əks etdirən görüntülər yayılmışdı.
Azərbaycan prezidentinin mətbuat xidməti də məlumatı təsdiqləmişdi.