Elşən Poladov ehtiyatda oturmasından xoşbəxdir: “Çıxıb qəzetlərdə, saytlarda desəm ki…”

1525

Sumqayıt futbol məktəbinin yetirməsi,  “İnter”in təcrübəli qapıçısı Elşən Poladov Sportinfo.Az-a müsahibəsində ehtiyatda qalmasının səbəblərindən və karyerası ilə bağlı digər məsələlərdən danışdı.

 

– Geridə qalan 18 turu “İnter” üçün necə dəyərləndirirsən?

– Çempionatın startında çox vacib xallar itirdik. Şükürlər olsun ki, sonradan özümüzü toplayaraq, oyunumuzu tapdıq və birinci pilləyə layiq olduğumuzu sübut etdik.

– Səni “İnter”in heyətində sonuncu dəfə nə vaxt meydançada gördümüyümüz yadımızdan çıxıb…

– Bunu niyə mənə deyirsiniz, bu, baş məşqçinin işdir. Ancaq onun qərarına da hörmətlə yanaşıram, özü bilir kimi əsas heyətdə oynatmaq lazımdır.

– Georgi Lomaya Kaxaber Sxadadzenin yerlisidir, bəlkə elə ona görə əsas heyətdə yer alır?

– Yox, bizim klubda ayrıseçicilik yoxdur. Mən deyərdim “İnter” Azərbaycanda yeganə klubdur ki, bu qədər legionerlə oynayır, amma buna baxmayaraq, bütün futbolçular baş məşqçi üçün eynidir.

– Qış transfer pəncərəsinin açılmasına çox qısa müddət qalıb, “İnter”dən ayrılmaq istəyirsən?

– Yox, bu haqda hələ heçnə düşünmürəm, çünki mənim “İnter”lə müqaviləm var.

– Digər klublardan təkliflər almısan?

– Bilirsiniz, necədir, çıxıb qəzetlərdə, saytlarda desəm ki, “İnter”dən ayrılmaq istəyirəm, o zaman mən dəbaşqa klubların maraq dairəsində olardım. Belə olmayan halda mənə heç bir klubdan təklif gəlməz axı.

– Görünən budur ki, ehtiyatda qalmağına baxmayaraq, “İnter”də xoşbəxtsən…

– Bəli, “İnter”də xoşbəxtəm. Lakin ehtiyatda qalmaq deyəndə ki, məşqçim nə vaxt şans verəcək, onda da oynayacam. Əgər meydançada “İnter”in iki yaxud, üç qapısı olsa idi və baş məşqçimiz mənə şans verməsəydi, onda deyərdim ki, ayrıseçicilik edir.

 

Hidayət Qurbanov, sportinfo.az 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər