Əməkdar mədəniyyət işçisinin yubileyi təntənəli şəkildə qeyd olunub

155
20 oktyabr 2021-ci il tarixində Nəriman Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət Mərkəzində “Dostluq” mədəniyyət evinin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Aslan Miri oğlu Fətullayevin 65 illik yubileyi təntənəli şəkildə qeyd olunub.
Yubilyarla görüşdə Respublikamızın tanınmış mədəniyyət və incəsənət xadimləri, populyar müğənnilər və Aslan Fətullayevin sənət dostları iştirak edib.
Tədbiri giriş sözü ilə açan Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev qonaqlara yubilyarın tərcümeyi-halı haqqında məlumat verib və bildirib: Siz bacarıqlı və məsuliyyətli rəhbər kimi bu illər ərzində çətin, maraqlı və zəngin bir həyat yolu keçmisiniz. Sizin bütün fəaliyyətiniz Sumqayıtın mədəni həyatı ilə sıx bağlıdır. Bir çox mədəniyyət kollektivlərinin yaradılmasında, irimiqyaslı, respublika və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsində, sumqayıtlı mədəniyyət işçilərinin qastrol səfərlərinin təşkilində yüksək peşəkarlıq və təşkilatçılıq qabiliyyəti göstərmisiniz. 40 ildən artıq bir dövrü əhatə edən fəaliyyətinizdə, həmçinin yaradıcılığınızda dəfələrlə fəxri fərmanlarla, mükafatlarla və döş nişanları ilə təltif olunmusunuz. Sizin xidmətləriniz ölkə rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilib, 2016-cı ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüsüz. Odurki, əziz və hörmətli Aslan müəllim sizi Sumqayıt Regional Mədəniyyət İdarəsinin kollektivi və şəxsən öz adımdan 65 illik yubileyiniz münasibəti ilə təbrik edir, Ulu Tanrıdan sizə möhkəm can sağlığı, uzun ömür, yeni yaradıcılıq nailiyyətləri, səadət və xoşbəxtlik arzulayıram.
Sonra, səbəbkara mədəniyyət sahəsində uzunmüddətli səmərəli fəaliyyəti və 65 illik yubileyi münasibəti ilə Sumqayıt Regional Mədəniyyət İdarəsinin fəxri fərmanı və xatirə hədiyyəsi təqdim olunub.
Tədbir qonaqların çıxışları, onların zövqünü oxşayan aktyorların səhnəcikləri və populyar müğənnilərin mahnılarının sədası altında davam edib.
Daha sonra Sumqayıt Regional Mədəniyyət İdarəsində Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşlarının iştirakı ilə səbəbkara Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun adından şəhərin ictimai-mədəni həyatında səmərəli fəaliyyətinə görə və 65 illik yubileyi münasibəti ilə fəxri fərman təqdim olunub.
Sonda yubilyar ona göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının mədəniyyət naziri cənab Anar Kərimova, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcova, bu tədbirin keçirilməsində əməyi keçən hər kəsə öz dərin təşəkkür və minnətdarlığını bildirib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Süleymanov Niyaz Mustafa oğlu
    Oktyabr 22, 2021 - 21:06

    Təbrik edirəm, Aslan müəllim! Siz Sumqayıt şəhərinin mədəni həyatında öz əməyiniz və fəaliyyətinizlə seçilən, şəhərimizin içtimaiyyəti arasında sevib-seçılən bir ziyalısınız. Sizə bu yolda uğurlar arzulayıram!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər