“Rusiyanın Ukraynadakı əməliyyatının əsas məqsədi Prezident Vladimir Zelenskinin şəxsən məhv edilməsidir”.
“Qafqazinfo” “strana.news”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak brifinqdə bildirib.
Prezident Ofisi hesab edir ki, qarşıdakı günlər ən çətin günlər olacaq.
Podolyak, həmçinin Ukrayna Silahlı Qüvvələrinin geri çəkildiyi, məğlub və təslim olduğu barədə məlumatları təkzib edib. Onun sözlərinə görə, əsas magistrallar Ukraynanın nəzarətindədir və əvvəlki qaydada işləyir.