Yeni Azərbaycan Partiyasının 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən millət vəkilliyinə namizədi Emin Hacıyev təbliğat-təşviqat kampaniyası çərçivəsində Sumqayıtdan olan Qarabağ qaziləri və veteranları ilə görüşüb.
“Vətən uğrunda əzmkarlıqla mübarizə aparmış qazi və veteranlarımızın əzm və iradəsinə heyran qaldım. Onların böyük qələbəmizə dərin inamları heç vaxt azalmayıb. Mən də inanıram ki, belə görüşləri doğma Qarabağımızda keçirəcəyimiz günlər uzaqda deyil!
Dəyərli böyüklərimizə mənə etimad göstərdikləri üçün təşəkkürümü bildirirəm”.
Görüşdə Qarabağ qazilərinin və veteranlarının çıxışları, onların problem və təklifləri dinlənilib. Çıxış edənlərin təşəbbüsləri namizədin komandası tərəfindən qeydə alınıb və bu istiqamətdə gələcəkdə fəaliyyət göstəriləcəyi qeyd edilib.