Elnur Soltanov energetika nazirinin müavini təyin olunub.
Bu barədə nazirlikdən məlumat verilib.
E.Soltanov bu vəzifədə noyabrın 20-i Prezident İlham Əliyevin sərəncamı ilə azad edilmiş Natiq Abbasovu əvəz edib.
Buna qədər, E.Soltanov ADA-nın Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru, eləcə də Universitetin İctimai və beynəlxalq münasibətlər fakültəsinin dekanı işləyib.
Qeyd edək ki, hazırda energetika naziri Pərviz Şahbazovun iki müavini var: Gülməmməd Cavadov və Samir Vəliyev.