Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Venesuela rəhbəri Nikolas Maduroya dəstək nümayiş etdirib.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ərdoğan Maduroya zəng edərək yanında olduğunu bildirib:
“Maduro qardaşım! Dik dur, yanındayıq”.
Bu barədə Türkiyə prezidentinin mətbuat sözçüsü İbrahim Kalın Tvitterdəki hesabında #WeAreMADURO həştəqi ilə paylaşım edib.
Qeyd edək ki, Venesuelada müxalifət lideri, parlamentin sədri Xuan Quaido prezidentliyini elan edib. ABŞ başda olmaqla Amerika qitəsindəki 34 ölkə də onun prezidentliyini tanıdığını elan edib.
Rusiya, Meksika və Boliviya isə Maduronun yanında olduqlarını açıqlayıblar.