Ərdoğanla Putin Bakıya niyə gəlirlər?

1185

 

Ərdoğanla Putin Bakıya niyə gəlirlər?

Xəbər verdiyimiz kimi, Türkiyə və Rusiya dövlət başçılarının müvafiq olaraq sentyabr və oktyabr aylarında Azərbaycana səfərləri planlaşdırılır.

Baş tutacaq səfərlərin əsas səbəbləri və müzakirə olunacaq mövzuları “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu Aznews.az-a şərh edib.

Politoloq bildirib ki, həmin səfərlər əslində simvolik məna daşıyır:

“Türkiyə prezidenti R.T.Ərdoğan Azərbaycana sentyabrın 15-də gəlir. Bu səfər Bakının işğaldan azad olunmasının 100 illiyi ilə bağlıdır. Putinin səfəri də Azərbaycan prezidenti İlham Əliyevin, Soçidə olarkən Rusiya prezidenti ilə görüşündə qarşılıqlı səfərə dəvət etməsi ilə əlaqədar olaraq reallaşacaq. Putinin bu səfəri tək Azərbaycana deyil, Özbəkistana və Tacikistana da olacaq. Üstəlik, ilin sonuna qədər Rusiya, İran və Azərbaycan liderlərinin görüşləri planlaşdırılır. Bu məsələlər də Putinin görüşdə müzakirə edəcəyi mövzulardandır”.

Politoloq ilin sonuna qədər baş tutması planlaşdırılan Azərbaycan, Rusiya və İran görüşünü və müzakirə mövzularını şərh edərkən deyib ki, görüşdə regional əməkdaşlıqla yanaşı Qarabağ mövzusuna da yer verilə bilər:

“Regional əməkdaşlığın genişləndirilməsi mövzusunda, xüsusilə Şimal-Cənub nəqliyyat xəttinin işə düşməsi ilə bağlı müzakirələr olacaq. Rusiya, Azərbaycan və İran bu mövzuda geniş fikir mübadiləsi aparacaq. Bildiyiniz kimi, Azərbaycanın düşündüyü əsas mövzulardan biri də Dağlıq Qarabağ problemidir. Bu mövzuda qonşulardan həssas mövqe sərgiləmələrini istəyirik. Özəlliklə də Rusiyadan. Lakin çox təəssüflər olsun ki, Rusiyanın mövqeyində dəyişən bir şey yoxdur. Azərbaycanda bəziləri deyir ki, Rusiyanın Azərbaycana marağı artıb, strateji tərəfdaşlığı gücləndirəcək. Amma çox təəssüf ki, Rusiyanın Qarabağ münaqişəsinin həllinə maraq göstərdiyini söyləyə bilmərik”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər