Ərəblərin kirayədə qaldığı EV YANDI: ölən və yaralananlar var - AZƏRBAYCANDA

1183

Qəbələ rayonunda ərəb turistlərin yaşadığı evdə yanğın olub.

Hadisə rayon mərkəzində yerləşən fərdi evlərdən birində baş verib.

Belə ki, ərəb turistlərin kirayələyərək yaşadığı evdə baş verən yanğın zamanı bir nəfər ölüb, iki nəfər yaralanıb.

 Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Qəbələ Rayon Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın lokallaşdırılıb.

Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır. (report)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər