ERMƏNİ TERROR TƏŞKİLATLARI

761
Müasir dövrdə bir sıra dövlətlər beynəlxalq birlik tərəfindən terrorçu dövlət kimi tanınmasalar da bu dövlətlər terror siyasətindən aktiv şəkildə istifadə edirlər. Heç şübhəsiz ki, Ermənistan Respublikası bu siyahıda birinci yeri tutur. Ermənistan dövlət səviyyəsində terroru dəstəkləyərək terrorçuluğu təcavüzkar siyasətin əsas vasitələrindən birinə çevirmişdir.
XIX əsrin ikinci yarısından başlayaraq ermənilər Türkiyənin şərq əyalətlərində və Cənubi Qafqazın azərbaycanlılar yaşayan torpaqlarında “Böyük Ermənistan” yaratmaq istiqamətində maarifləndirmə və mübarizəni təşkil etmək məqsədi ilə bir sıra komitələr, şovinist cəmiyyətlər və terror təşkilatlarının əsasını qoydular.
İlk erməni cəmiyyəti 1860-cı ildə İstanbulda yaradılan “Xeyriyyə Cəmiyyəti” idi. Onun təşkilatçıları X.Şişmakyan və M.Beşikdaşıyan “Zeytun qırğınları”nın fəal iştirakçıları olmuşdular.
1869-1870-ci illərdə İstanbulda “Kilikiya” adlı cəmiyyət təşkil edildi. 1874-cü ildə X.Kerekçyan Qarsda “Azadlıq adlı” gizli təşkilat yaratdı.
1881-ci ildə Ərzurumda “Vətən müdafiəçiləri” təşkilatı zühur etdi. Əsasən kəndliləri və sənətkarları özündə birləşdirən bu təşkilatın rəhbəri yoxsul sənətkar Xaçatur Qreqoryan idi. Təşkilatı genişləndirmək üçün İstanbulda, Qafqazda şöbələr açıldı.
1985-ci ildə Fransanın Marsel şəhərində yaradılmış “Aramenakan” partiyasının “Ermənistanın azad edilməsi haqqında təlim” adlanan və sual cavab formasında yazılmış proqramında deyilirdi: Sual- “Ermənistanı yadellilərdən kim azad etməlidir?” Cavab – “Vasitələr müxtəlifdir, şəraitdən asılı olaraq bəzən öz silahı ilə, bəzən pulla, bəzən isə xaricilərin köməyi ilə”. Sual- “Azadlıq bayrağını və qılıncını kim qaldırmalıdır?” Cavab – “Bayrağı erməni «kişisi» qaldırmalıdır, qılıncı isə bütün erməni gəncləri, yeniyetmələr və 16 yaşından 45 yaşınadək kişilər”.
1887-ci ildə İsveçrənin Cenevrə şəhərində Qafqazdan olan bir qrup erməni tələbəsi tərəfindən (A.Nazerbekyan, M.Vartanyan, X.Ohanyan və b.) “Hinçak” (“Zəng”) partiyasının əsası qoyuldu. Partiyanın ilkin məqsədi Türkiyədə siyasi və milli cəhətdən müstəqil olan Ermənistanın yaradılmasına nail olmaq idi. Təbliğat, fitnəkarlıq, terror, təşkilatlanma  məqsədə çatmaq üçün əsas metodlar idi.
Bu dövrdə yaradılan daha təhlükəli və qatı millətçi partiya “Daşnaksütyun” oldu. Liderləri X.Mikaelyan, S.Zoryan, S.Zavaryan olan “Erməni Federativ” inqilab partiyası və yaxud “Daşnaksütyun”un 1892-ci ildə İsveçrənin Cenevrə şəhərində keçirilən ilk qurultayı ermənilərin silahlanması, təşkilatlanması, silahlı üsyan, dövlət idarələrinə zərbələr, dövlət adamlarına sui-qəsdlər yolu ilə müstəqil demokratik respublika yaradılmasını son məqsəd olaraq qərarlaşdırdı.
Partiyanın rəsmi manifestində bəyan edilirdi ki, öz məqsədlərinə çatmaq üçün inqilabi qruplar yaradacaq və üsyanlara rəvac veriləcəkdir. İnqilabçı qrupların yaradılmasını vacib sayan məqamlar rəsmi manifestdə çap olunmuşdu:
1.     Döyüşən bandalar yaratmaq;
2.     Xalqın inqilabi fəaliyyətini və ruhunu oyatmaq məqsədi ilə həm söz, həm də işdə bütün vasitələrdən istifadə etmək;
3.     Xalqı silahlandırmaq üçün bütün vasitələrdən istifadə etmək;
4.     İnqilabçı komitələr təşkil etmək və onların arasında sabit əlaqələr yaratmaq;
5.     Döyüş görüntüsü yaratmaq və dövlət rəsmilərini, xəbərçiləri, sələmçiləri, satqınları və hər cür istismarçıları qorxuya salmaq;
6.     Adamları və silah-sursatı daşımaq üçün nəqliyyat əlaqəsi yaratmaq:
Dövlət müəssisələrini talamaq və alt-üst etmək.
Milli erməni dövləti yaratmaq “Daşnaksütyun”un minimum, dənizdən-dənizə: Adanadan-Trabzona və Bakıya qədər uzanan “Böyük ermənistan” yaratmaq isə maksimum məqsədi idi. Məqsədə nail olmaq yolunu isə partiya terrorda görürdü.
“Daşnaksütyun”un “Qırmızı Xaç”, “Özünü müdafiə Komitəsi”, “Terrorçu fəaliyyət Komitəsi”, “Vahimə təşkilatı” və s. adda xüsusi təyinatlı təşkilatları var idi.
Vaxtı ikən Azərbaycanın işğal olunan ərazilərində erməni terror təşkilatları fəaliyyət göstərirdi. Bunlar “ASALA” və “HAYDAD” təşkilatları olub. Onların öz aralarında bölüşdürdükləri vəzifələri nəzərdən keçirək:
“ASALA” Azərbaycanın dünya bazarına çıxış yollarını nəzarətə götürmək:
1.     Yanacaq– enerji mənbələrinin keçid nöqtələrini müəyyənləşdirmək;
2.     Neft yataqlarının xəritəsi;
3.     Xarici neft şirkətlərinin ərazi dairəsi, təhlükəsizlik planlarının araşdırılması;
4.     Neft sahəsində tanınmış ictimai-siyasi xadimlərə qarşı ölüm hökmünün icrası;
5.     Neft kəmərlərinin keçid məntəqələrinin öyrənilməsi və həmin keçid məntəqələrinə yaxın ərazilərdə qapalı təlim düşərgələrinin yaradılması.
“HAYDAD”- Azərbaycanın tanınmış, dünya miqyaslı ziyalılarına qarşı “hücum taktikası”nı reallaşdırmaq;
1.     Mənəvi terror (əslində-kökündə erməni olan, qohumluq əlaqələri saxlayan və hal-hazırda Azərbaycanın müxtəlif hökumət və dövlət idarəetmə orqanlarında, güc nazirliklərində çalışan “yerli şəxslər vasitəsilə həyata keçirilməsini” təmin etmək);
2.     İqtisadi strategiyanı müəyyənləşdirən kadr potensialını parçalamaq, iflic etmək;
3.     Müxalifət – iqtidar münasibətlərini gərginləşdirmək;
4.     Tanınmış şəxslərə qarşı fiziki hücum-terror planlarının reallaşması.
Qeyd olunanlar yalnız iki terror təşkilatının deyil, bütövlükdə terrorizmi dövlət səviyyəsində dəstəkləyən Ermənistanın Azərbaycana qarşı hücum və təxribat proqramının başlıca müddəaları idi. 30 ilə yaxın işğal altında olmuş ərazilərdə ekoloji terrorun hazırlanması və həyata keçirilməsi üçün məxfi eksperimental laboratoriyalar yaradılmışdır, “ERRİ-BAL” zəhərləyici maddələri də burada saxlanılırdı. Ermənistan Respublikası Dağlıq Qarabağ və vaxtı ilə zəbt edilmiş ərazilərdə atom-elektrik stansiyasının radioaktiv tullantılarını basdırıb, zərərli radioaktiv sənaye tullantılarını Araz çayına axıdırdı. Ermənilər işğal zonasında mədəni- tarixi abidələrimizin məhv edilməsi ilə də məşğul idilər. Füzuli şəhərinin 17 km-də Quruçay dərəsində Tuğ çökəkliyində yerləşən Azıx və Tağlar mağaraları kimi dünya əhəmiyyətli abidələr dağıdılmışdır. Şuşa mağarası, Şuşa qala divarları, Şuşada görkəmli Azərbaycan şairi M.P.Vaqifin məqbərəsi, Füzulidə Şah Abbas karvansarası, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və s. yaşayış məskənlərində olan mədəni-tarixi abidələrimiz dağıdılmışdır.
Terrorizmin maliyyələşdirilməsinə yönəldilən narkotik maddələrin istehsalı, nəqli və satışı nəticəsində əldə olunan vəsait də erməni separatçıları üçün başlıca gəlir mənbəyi idi. Vaxtı ikən ölkəmizin işğal olunmuş ərazilərində bir sıra terror təşkilatları fəaliyyət göstərmişdir. Laçın rayonunun Zabux kəndində “Kürd konqresi”, Xocavəndin Qırmızıbazar ərazisində “Xalq Azadlıq Cəbhəsi”, Zəngilan rayonunun Mincivan qəsəbəsində isə “Hizbullah” və “Həmas”. Bundan əlavə Dağlıq Qarabağ ərazisinin üç müxtəlif yerində “ASALA” – nın təlim düşərgələri təşkil olunmuşdu. Bunlar Xəlfəli (Şuşa), Kiş (Xocavənd) və Əsgəran yaşayış məntəqələrində yerləşirdi. Ermənilər məhşur terrorçu təşkilat olan “Əl-Qaidə” ilə sıx əlaqə saxlayırdılar. Təşkilatın “Vanquards” analitiklər qrupuna 1992-1996-cı illərdə Yerevan Fizika İnstitunda işləyən, sonra isə Moskvaya köçən L.Mikaçlyan başçılıq edirdi. İşğal olunmuş ərazilərdə ermənilər terrorçuluğun 4 istiqaməti üzrə fəaliyyət göstərirdilər:
1.     Nüvə terrorizmi (Həsəniriz, Ağdaban, Kurapatkin və Xanabad);
2.     Bioloji terrorizm (Kiş, Aşağı Veysəlli və İstisu);
3.     Kimyəvi terrorizm (Havuslu və Veynəli);
4.     Kompüter terrorizmi (Şuşa və Xankəndi).
Beləliklə, vaxtı ikən Azərbaycanın işğal edilmiş əraziləri qanundan kənar nəzarətsiz ərazilər kimi terror təşkilatlarının bir növ hərbi təlim meydanları rolunu oynamışdır.
Möhtərəm Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasəti və 44 günlük Vətən Müharibəsinin Zəfərlə başa çatması Azərbaycanın Dağlıq Qarabağ ərazisində erməni terror təşkilatlarının fəaliyyətinə son qoydu.
Dosent ELMAR  XƏLİLOV
Sumqayıt Dövlət Universitetinin
Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər