Ermənilər ordumuzun Naxçıvandakı yeni mövqelərinin fotolarını yaydı

1392

osial şəbəkələrin erməni istifadəçiləri Azərbaycan ordusunun Naxçıvan istiqamətində irəliləyərək yeni strateji mövqelər tutmasını əks etdirən fotoları yayıb.

Virtualaz.org “Vkontakte” sosial şəbəkəsindəki “Hərbi xəbərlər” qrupuna istinadən bildirir ki, ermənilər Azərbaycan ordusunun yeni mövqelər tutması nəticəsində Ermənistanın Areni kəndinin tamamilə Azərbaycanın nəzarəti altına keçdiyini bildirirlər. (http://armtimes.com/hy/article/138261)

Ermənistanın Areni kəndi

Məlumata görə Siranuş Tumanyan adlı istifadəçi Azərbaycan ordusunun mövqelərinin Areni kəndindən çəkilmiş fotolarını paylaşıb və yazıb:  “Azərbaycan ordusunun Areni kəndinin üzərində yeni mövqeləri. Şəkil indi çəkilib. Areni kəndi tam olaraq Azərbaycan ordusunun nəzarətinə keçib. Bizim mövqelərimiz isə aşağıda qalıb. Kənd panikadadır. Bunu inkar edənlərə inanmayın. Gəlin öz gözlərinizlə görün.” 

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovanisyan da faktı təstiqləyib. “Bəli Azərbaycan ordusunun Areni kəndi istiqamətində yeni postları qurulub. Ancaq panikaya düşməyə əsas yoxdur. Azərbaycan öz əraziləri daxilində mövqe qurub. Bizim özümüzün də çoxlu dominant yüksəkliklərimiz və mövqelərimiz var. Və sosial şəbəkələrdə müzakirələr vəzifələrin yerinə yetirilməsinə mane olur. Xahiş edirəm təmkinli olun”-Ovanisyan özünün Facebook səhifəsində yazıb.

Xəbər verdiyimiz kimi bir neçə gün əvvəl Azərbaycan ordusunun Naxçıvan Əlahiddə Ümumqoşun birləşməsinin xüsusi təyinatlıları qoşunların təmas xətti boyu neytral zonada irəliləyərək yeni yüksəkliklər , o cümlədən Şərur rayonu ərazisindəki Qızılqaya yüksəkliyini tutub. Nəticədə 1992-ci ilin mayında Ermənistan ordusunun nəzarəti altına düşən və neytral zonada qalan Günnüt kəndi atəş altından çıxarılıb. Eyni zamanda ordumuz Yerevan-Gorus-Laçın yoluna da nəzarət etmək imkanı əldə edib. Azərbaycan ordusunun Naxçıvan istiqamətində irəliləyərək böyük əraziləri nəzarət altına almasını erməni hərbi reportyor Edik Bağdasaryan da açıqlamışdı.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər