“Ermənilərin Sumqayıtda qanlı aksiyası” kitabının təqdimat mərasimi keçirildi

942

Sentyabrın 28-də Sumqayıt şəhəri Xəzər Səhmdar Cəmiyyətinin konfrans zalında Azərbaycan  Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi “1988-ci il Sumqayıt hadisələri ilə bağlı əsil həqiqətin dünya ictimaiyyətinə çatdırılması” layihəsi çərçivəsində çap edilən “Ermənilərin Sumqayıtda qanlı aksiyası” kitabının təqdimat mərasimi keçirilib. Bu barədə sumqayitxeber.com saytına layihənin kordinatoru Feyruz Şivəxanov məlumat verib.

Mərasimdə  70 nəfərədək yerli dövlət, QHT və media nümayəndəsi iştirak edirdi. Birliyin sədri S.Fərzəliyev tədbiri açaraq kitabın çap edilməsi məqsədi və zərurəti haqqında qısa məlumat verdi. Kitabın müəllifi E.Məmmədov çıxış edərək 1988-ci ildə Sumqayıtda baş verən iğtişaşlarda maraqlı qüvvələrin rolu, bu hadisələr haqqında apardığı uzunmüddətli tədqiqatlarının nəticələri, kitabın yeni variantının hazırlanması zamanı diqqət yetirdiyi məqamlar barədə iştirakçıları məlumatlandırdı. Kitabın tirajının artırılması və xarici dillərə tərcümə etdirilərək dünyada yayılmasının vacibliyini qeyd etdi.

Sumqayıt şəhər Jurnalistlər Təşkilatının sədri Rafiq Oday çıxış edərək artıq kitabla tanış olduğunu, müəllifin bu kitabda Sumqayıt hadisələri haqqında əsil həqiqətləri ortaya qoyduğunu, dünya ictimaiyyətinə çatdırmaq üçün kifayət qədər ciddi faktları və məlumatları əks etdirdiyini vurğuladı.

AzərTAC-ın bölgə müxbiri Ətrabə Rzayeva, Sumqayıt qəzetinin baş redaktoru Qüdrət Məlikov, Sumqayıt Bələdiyyəsinin sədr müavini Kazım Rzayev, Sumqayıt şəhər İcra Hakimiyyətinin referenti Elman Quliyev, Hippokrat Tibb Mərkəzinin direktoru M.Tağıyev, Gənclər və İdman idarəsinin baş məsləhətçisi İsmayıl Kərimov, “Yeganə yol” qəzetinin baş redaktoru Firdofsi Cəfərxan çıxışlarında kitabın Sumqayıt hadisələrinin mahiyyəti, səbəbləri, nəticələri, ermənilərin və Sovet xüsusi xidmət orqanlarının bu igtişaşları təşkil etməkdə məkrli niyyətləri haqqında əsil həqiqətlərin dünya ictimaiyyətinə çatdırımasında rolu və əhəmiyyəti, bu kitabın böyük tirajla çap edilib yayılması vacibliyini, hər bir imkanlı şəxsin belə ümummilli maraqlara xidmət edən vəsaitlərin tərcümə edilib yayılmasında fəal iştirak etməsi vacibliyini xüsusi vurğuladılar.

Hollandiyada yaşayan Azərbaycanın Dostları Cəmiyyətinin sədri Elman Mustafazadə çıxış edərək rəhbərlik etdiyi təşkilatın Avropa ölkələrində Azərbaycan həqiqətlərinin yayılması sahəsində fəaliyyəti haqqında iştirakçılara məlumat verdi və bu kitabın da Sumqayıtda törədilən iğtişaşlar haqqında əsil həqiqətin dünya ictimaiyyətinə çatdırılması sahəsində mühüm əhəmiyyətə malik olduğunu, belə hadisələr haqqında məlumatların Avropalı müəlliflərə çatdırılması və onların müəllifliyi ilə bu məzmunlu kitabların çap etdirilib yayılmasının vacibliyini, həmçinin bu sahədə məlumatların yayılmasında milli burjuaziyanın da çox iş görməli olduğunu xüsusi qeyd etdi. O. Həmçinin vurğuladı ki, ermənilər Azərbaycanın əleyhinə onlarla kitab çap etdirir, filmlər hazırladıb yayırlar. Azərbaycan diasporası isə vətənimiz haqqında, onun üzləşdiyi problemlərlə bağlı mükkəməl tərcümə olunmuş, məzmunlu, avropalı oxucu üçün maraqlı ola biləcək kitablara, filmlərə ehtiyac duyur. O, yeni formalaşan milli burjuaziyanın, orta təbəqənin bu məsələlərə diqqət yetirməli olduğunu, çap edilən kitabın qısa müddətdə Avropa dillərinə tərcümə etdirilərək yayılmasını vacib hesab etdi.

İctimai maraqlar naminə vətəndaş təşəbbüsü birliyinin prezidenti Anar Elmanoğlu da çıxışında kitabın əhəmiyyəti və kütləvi tirajla çap edilməsi zərurətini qeyd etdi. O, konkret təklif irəli sürərək kitabın kütləvi tirajı və və bir neçə dilə tərcümə etmək üçün əlavə maliyyə vəsaiti cəlb etmək məqsədi ilə xüsusi hesabın açılması və bu hesabın mətbuatda, internet saytlarında elan edilməsinin səmərəli olacağını qeyd etdi  və şəxsən özünün də milli maraqlarımıza cavab verən bu aksiyada iştirak edəcəyini, öz imkanlarına müvafiq olaraq maddi kömək edəcəyini vurğuladı.

Tədbirdə iştirak edən digər QHT və media əməkdaşları da Birliyə Azərbaycan həqiqətləri haqqında geniş məlumatlandırmaya imkan verən bu kitabın bir neçə dildə və kütləvi tirajla çapına və yayılmasına nail olmağı arzu etdilər.

Sonda Birliyin sədri S.Fərzəliyev iştirakçılara xoş arzularına və dəyərli təkliflərinə görə minnətdarlığını bildirərək vurğuladı ki, Dövlət Dəstəyi Şurasının dəstəklədiyi bu layihəni uğurla həyata keçirməklə Sumqayıt hadisələri ilə bağlı əsil həqiqətin dünya ictimaiyyətinə çatdırılmasına öz töhfəmizi verəcəyik.

Qeyd edək ki, Potensial Sumqayıt Mütəxəssislər Birliyi 1998-ci ildə yaradılmış, 27 may 2000-ci ildə müstəqil qeyri hökumət təkilatı kimi Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. 1999-cu ilin oktyabr ayından Böyük Britaniyanın OXFAM Humanitar Təşkilatının dəstəyi ilə Sumqayıtda pulsuz hüquqi yardım mərkəzi təşkil etməklə fəaliyyətə başlayan təşkilat ötən müddətdə müxtəlif beynəlxalq təşkilatların (ОXFAM Bеynəl­хalq Humanitar Təşkilatının, “Avrasiya” Fоndunun, ABŞ Səfirliyinin Dеmоkratiya Kоmissiyasının,  BMT QAK-ın, Nоrvеç Qaçqınlar Şurasının, ACI-YF Budapeşt ofisinin, “Dünyaya baхış” Bеynəlхalq Humanitar Təşkilatının, Nоrvеç səfir­liyinin, Açıq Cəmiyyət İnstitutunun, Counterpart İnternational təşkilatının, BMT Əhali Fondunun) dəstəyi ilə 24 layihə icra etmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Ramil
    Sentyabr 29, 2010 - 11:49

    Bu dəyərli kitabın işıq üzü görməsi münasibəti ilə hamınızı təbrik edirəm. Amma bir şeyi nəzərinizə çatdırım. Press-relizi yazanda əvvəldə hansı QHT-dən söhbət getdiyini qeyd etməmisiniz. Bunu nəzərə alın. Hansı birliyin sədridir Sahib Fərzəliyev?

  • MEDINE
    Sentyabr 29, 2010 - 12:38

    beyenilsin

  • Melahet
    Oktyabr 3, 2010 - 15:03

    Bele bir deyerli kitabin bizim xalqimiz ve Vetenimizin heqiqetlerini dünyaya catdirmaga gercekden de böyük ehtiyac var ..Kitabin ishiq üzü görmesi münasibeti ile bütün emeyi kecenleri ürekden tebrik edirem …Ve inaniram ki bu kitab bütün ,avropa dillerine tercüme edilecek ve heqiqetlerden inanlarin veberi olacaqdir .Bizler burda Xocali soygirimini dile getirende ,onlarda Sumqayit hadiselerini ortaya atirlar ..Tebbiki ,bildiyimz kimi de Avropa dövletleri onlarin sözlerine daha cox inanirlar ..Buda ki Illrediki,öz subutunu gösterir .Torpaqlarimiz helede ishgal altinda olmasi bunun subutudur.Inaniram bu kitabin sayesinde sesimizi dahada cox cixara bileceyik.Cünki buna bizim ehtiyacimiz var

  • Melahet
    Oktyabr 3, 2010 - 15:04

    Ugurlarinizin davamini arzu edirem

  • Anar
    Oktyabr 4, 2010 - 11:08

    Mence bu kitabi inglis ve fransiz dilinde tercume eliyib yaymag lazimdi… Azerbaycanturkcesinde bu kitab elede tesirli olmayacag… sayqilarla:Anar

  • Feyruz şivəxanov
    Oktyabr 4, 2010 - 21:06

    Kitabın ingilis dilinə tərcüməsinə artıq başlanılıb. İnşallah oktyabrın axırına başa çatacaq. Fransız dilinə təmənnasız tərcüməyə də bir soydaşımız razılıq verib. Yaxın günlərdə tərcüməyə başlayacaq. Çox istəyərdik ki, alman dilinə də tərcümə etdirək. Dəstək olarsa, bu 3 dildə kitabı geniş tirajla çap edib yaymağı nəzərdə tutmuşuq.

  • Sevər Erdemir
    Oktyabr 4, 2010 - 21:10

    Əziz Sumqayıtımızın və Azərbaycanımızın fəal QHT-lərindən olan Potensial Sumqayıt Mütəxəssislər Birliyinin bu maraqlı təşəbbüsü mənim də böyük marağıma və rəğbətimə səbəb oldu. İnanıram ki, bu cür tədbirlər dünya ictimaiyyətinin maariflənməsinə və haqsızlıqlara biganə qalmamasına bir stimul olacaqdır. Mən də Anar bəyin şərhinə qatılır və elə indidən İngilis və Türkiyə Türkcəsinə tərcümə işində kömək edə biləcəyimi bildirmək istəyirəm. Uğurlar!

  • Feyruz Şivəxanov
    Oktyabr 5, 2010 - 19:36

    Sevər xanım, təşkilatrımız haqqında xoş sözlərə görə çox sağ olun! Qeyd etdiyim kimi kitabın ingilis dilinə tərcüməsinə artıq başlanılıb və yaxın günlərdə fransız dilinə tərcümə də başlanacaq. Əgər Türkiyə türkcəsinə tərcüməni öhdənizə götürsəniz, mənfur düşmənlərimizin Sumqayıtda törətdiyi iğtişaşlar barədə əsil həqiqətlərin çox milyonlu Türkiyə xalqına çatdırılmasına böyük töhfə vermiş olarsınız.

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər