Əsl dövlət adamı

735

…Bakıda orta məktəbi qızıl medalla bitirib.

…Seçenov adına Birinci Moskva Dövlət Tibb  Universitetində təhsilini fərqlənmə diplomu ilə başa vurub.

…On beş il əvvəl layiq görüldüyü Beynəlxalq mükafat “Qızıl ürək” adlanır.

…Adı və qiymət əyarı qızıldan da üstün olan “Heydər Əliyev” ordeni ilə təltif edilib.

…Hamı etiraf edir ki, özü də əsl mənada qızıl kimi insandır.

Söhbət Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, YAP sədrinin birinci müavini Mehriban Əliyevadan gedir. Çoxşaxəli fəaliyyəti bütün müasirlərinə gözəl bir örnək olan Mehriban xanım dünyada  tanınmışictimai-siyasi xadimdir.

Düz beş il öncə, 2017-ci il fevralın 21-də Prezident sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilənə qədərdə yetərincə ad-san qazanmışdı. Ölkənin nəciblik mücəssəməsi olan birinci ledisi, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri kimi. İndi də həmin vəzifələrdə layiqincə çalışmaqdadır. Sadəcə indi onun dövlətə və xalqa xidmət statusu daha böyükdür, məsuluyyəti daha əhatəlidir. Sözügedən tarixdə Mehriban xanım İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclasında təqdim olunub.

Onun Birinci vitse-prezident kimi həmin il martın 9-da keçirdiyi ilk tədbir məcburi köçkünlərlə bağlı idi və bu,  bir növ rəmzi səciyyə daşıyırdı. Didərginlik taleyi yaşayan, paytaxt Bakının və bizim Sumqayıt şəhərinin yataqxanalarında məskunlaşmış qarabağlı soydaşlarımızın köçürülməsinə həsr edilmiş o müşavirə sanki dünyaya ismarıc idi ki, dövlət idarəetməsi nə qədər mürəkkəb proses olsa da, müharibə şəraiti ilə necə üz-üzə qalsaq da, biz ehtiyac duyan, qayğı uman bir vətəndaşımızı belə diqqətsiz qoymayacağıq. Mehriban Əliyevanın oradakı çıxışına, qaçqınlara qayğılı yanaşmasına sadə camaat da, media da, geniş ictimaiyyət də heyranlıqla reaksiya vermişdi.

Maraqlı və təbiidir ki, növbəti tədbir də didərgin həmsoylarımızla bağlı oldu. May ayının 30-da Mehriban xanımın təşəbbüsü ilə Qaradağ rayonu ərazisində köçkünlər üçün 1026 nəfərlik ailənin yaşayış kompleksinin təməli qoyuldu. İyunun 27-də baş tutan üçüncü tədbir də analoji mövzuda idi.Müqəddəs Ramazan bayramı günündə Mehriban Əliyevanın iştirakı ilə Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkün ailələrinə yeni mənzillərin verilməsi mərasimi keçirildi. Onlara ikiqat bayram sevinci bəxş edən Birinci ledi həmçinin inam ifadə etdi ki, qaçqın ailələri tezliklə doğma yurd-yuvalarına qayıdacaqlar.

Onu da xatırlayırıq ki, yüksək dövlət vəzifəsinə təyin olunduğu üçün Mehriban xanım 12 illik deputatlığından ayrılarkən  Milli Məclisin plenar iclasında çox səmimi çıxış edərək oradakı fəaliyyətini böyük bir ömür məktəbi adlandırdı. Parlamentdə qazandığı təcrübəni əvəzsiz saydığını bildirərək dedi: “Bu yüksək tribunadan mənə inanan hər bir insanı əmin etmək istərdim ki, gələcək fəaliyyətimdə də mənəvi dəyərləri üstün tutacağam, Azərbaycanın müstəqilliyinin qorunması, ölkəmizin hərtərəfli inkişafı üçün tam gücümlə çalışacağam”.

O gün-bu gün Birinci vitse-prezidentin faydalı iş əmsalı artan şkala üzrə gedir. Prezidentlə bölgələrə, o cümlədən işğaldan azad olunmuş rayonlara saysız səfərlərəyollanıb. ABŞ, İtaliya, Rusiya və sair ölkələrə səfərlərdə Azərbaycanı layiqincə təmsil edib. Bir sıra beynəlxalq mükafata, orden və medallara layiq görülüb.Rusiyanın Müqəddəs Mələksima Knyaginya Olqa  və “Dostluq ordenlərini, İtaliyanın “Xidmətlərinə görə” Böyük Xaç Kavaleri ordeni bu qəbildəndir.

Prezident İlham Əliyev Mehriban xanımın Heydər Əliyev Fonduna rəhbərliyini yüksək dəyərləndirib: “2004-cü ildən bu günə qədər Mehriban Əliyeva ulu öndərin adını daşıyan Fondun prezidentidir. Heydər Əliyev Fondu onun rəhbərliyi ilə nəinki Azərbaycanın, hesab edirəm ki, regionun ən böyük və nüfuzlu ictimai təşkilatına çevrilmişdir. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir”.

Mehriban Əliyevanın həyatında idmana qayğı da mühüm yer tutur. Azərbaycan Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvü kimi çox fəaldır. Bundan başqa, ölkəmizdə Gimnastika Federasiyasının prezidentidir. 2015-ci ildə Bakıda birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi Təşkilat Komitəsinin və onun rəhbəri Mehriban Əliyevanın fəaliyyətinin nəticəsi kimi qeyd edilib. 2017-ci ildə Bakıda IV İslam Həmrəyliyi Oyunlarının təşkili də Mehriban Əliyevanın adı ilə bağlıdır. Tokio-2020 olimpiadasında və paralimpiya oyunlarında idmançılarımızın qələbələrinə ən çox sevinənlərdən biri də eləMehriban xanım olub. Təmsilçilərimizin hər qələbəsini, hər medalını özünün sosial şəbəkə hesablarındaayrıca qeyd  edib, səmimi təbriklərini isti-isti çatdırıb. Qalib idmançılarla görüşlər, onlar üçün hər cür şərait yaradılmasına nail olunması dövlət başçısı ilə bərabər, mübaliğəsiz olaraq onun da xidmətidir.

Vətən müharibəsi yaralılarının görüşünə Prezidentlə birlikdə gedən Mehriban xanımın onlara ana-bacı kimi necə ürək-dirək verdiyi, şəfalar arzuladığı yaddan çıxmır. Rəhbərlik etdiyi Fondun xəttilə qazilər üçün ən müasir protezlərin alınaraq gətirilməsi məhz onun xidmətidir.

Müharibədən sonra Şuşada “Xarıbülbül” festivalı da, digər unudulmaz tədbirlər də onun təşkilatçılığı ilə başa gəlib. Erməni vandallarının yararsız hala saldıqları adidələrin, dini irs nümunələrinin ikinci həyata qayıtması da bu sıradandır.

Yüksək insanpərvərlik, nəciblik missiyasını həvəslə yerinə yetirən Birinci vitse-prezidentin  rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətində COVID-19 pandemiyasına qarşı mübarizəxüsusi qeyd olunmalıdır.Fond müvafiq laboratoriyaların təcili təşkilinə, ölkəmizin yüksək keyfiyyətli testlərlə təmin olunmasına yaxından dəstək göstərib. Fond tərəfindən mobil tipli müalicəxanalar üçün  tibbi avadanlıq və ləvazimat, dərman preparatları xaricdən alınaraq Azərbaycana gətirilib.Daha bir xeyirxahlıq, mərdanəlik örnəyi: koronavirus səbəbindən talassemiya, hemofiliya və leykoz xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı azaldığı üçün Mehriban Əliyevanın təşəbbüsü ilə qanvermə aksiyası təşkil edilib. Virusa yoluxmuş bir sıra tanınmış şəxslərə də Mehriban xanımın tapşırığına əsasən yaxından dəstək göstərilib və onlar zəruri müalicə alaraq sağalıblar. Xüsusi karantin rejimi ilə əlaqədar olaraq Heydər Əliyev Fondu “Biz birlikdə güclüyük” layihəsi çərçivəsində ardıcıl surətdə vətəndaşları ərzaq bağlamaları ilə təmin edib. Aztəminatlı və digər həssas qruplardan olan 100 minədək ailəyə dəfələrlə bayram sovqatları çatdırılıb. Mehriban Əliyevanın şəxsi təşəbbüsləri  ilə xüsusi qayğıya ehtiyac duyan insanlara fərdi qaydada kömək göstərilməsi bu təşkilata əsl ümumxalq rəğbəti qazandırıb. Əksər ərazilərdə çəkilən yollar, tikilən sığınacaqlar, himayəyə ehtiyac duyan uşaqlar üçün təşkil olunan bayram tədbirləri, yardım və hədiyyələr daimi xarakterlidir.

Mehriban xanımın Milli Məclisdə deputat kimi son çıxışında söylədiyi bu fikirlər onun Birinci vitse-prezidentliyi zamanı özünü tam doğrildib: “Mən öhdəmə düşən məsuliyyəti çox yaxşı dərk edirəm və əlbəttə, həyəcan da keçirirəm. Lakin mən gələcəyə böyük nikbinliklə baxıram. Çünki mənim sizin kimi həmkarlarım var, məni dəstəkləyən minlərlə soydaşımız var, ölkəmizin İlham Əliyev kimi bacarıqlı, cəsarətli, zəkalı, eyni zamanda, ən yüksək insani keyfiyyətlərə malik olan prezidenti var. Biz birlikdə əyilməz bir gücük. Mən əminəm ki, Azərbaycanın gələcəyi üçün, Azərbaycanın gələcək inkişafı üçün, müstəqilliyimizin möhkəmləndirilməsi üçün əlimizdən gələni bundan sonra da tam gücümüzlə birlikdə, bir komanda kimi həyata keçirəcəyik”.

…İstər-istəməz düşünürəm ki, Mehriban Əliyeva ömrü boyu anası Aida İmanquliyevanın öyüdlərinə bütünlüklə əməl edən bir övladdır. Görkəmli şərqşünas alim,unudulmaz şəxsiyyət olan Aida xanım özü də həyat yollarında zəhmətlə, usanmadan irəliləmiş, insanlara mehriban münasibət göstərmiş, ona üz tutanların heç birini naümid geri qaytarmamışdır. Həm ailədə, həm el-obada böyük hörmət, nüfuz sahibi olmuşdur. Bu gün Mehriban xanım anasının həyatda saldığı izləri daha da böyüdərək geniş bir yola çevirib. Bu yol uzandıqca uzanacaq və daha uca zirvələrə qalxaraq Günəşə daha da yaxın olacaq.

Əli NƏCƏFXANLI,  Əməkdar jurnalist, Sumqayıt şəhər sakini

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər