ƏSL VƏTƏNKEŞ İNSAN – BÖYÜK MƏKTƏB

881

Ümummilli varlığımızda bərqərar olan müqəddərat birliyi, ümumi mənəviyyatımızda əmələ gələn mədəni birlik, məişət, güzəran, dolanışıq və fəaliyyətdə təcəssüm edən iqtisadi birlik, müqəddəs Vətən, qüdrətli dövlət və qanunlarda əks olan inzibati birlik, davranış, ənənəvə psixoloji vicdanımızda yaranan xarakter birliyi xalqın övladı kimi hər birimizin tərcümeyi-halıdır. Peşə, ixtisas, cins, yaş və s. digər mənsubiyyətindən asılı olmayaraq xalqın bütün övladları nə qədərəlahiddə fərdi keyfiyyətlərə malik olsalar da hamımızın bir ünvanı, bir sifəti, bir tarixi müqəddəratı, bir taleyi və nəhayət, bir adı var: O da Azərbaycandır.

Azərbaycanı beynəlxalq aləmdə yetərincə tanıdan, sülhün qoruyucusu olan dünyaca məşhur ümummilli lider Heydər Əliyevə xalqımız həmişə, hətta ən çətin məqamlarda belə arxalanmış, ona etimad göstərmişdir. 1993-cü ildə ölkədə dövlət böhranı yarananda, ölkə vətəndaş müharibəsi təhlükəsi iləüz-üzə qalanda xalq Heydər Əliyevi yenidən hakimiyyətə gətirdi. Bu dövrdə xalqın ziyalı sözünə, ziyalı fikrinə, ağsaqqal məsləhətinə böyük ehtiyacı var idi. Qorxmaz, cəsur insanlarımızın səsinə səs verən Heydər Əliyevin ikinci hakimiyyət dövrü həmin ildə Azərbaycan tarixinin yeni, daha şərəfli və əzəmətli mərhələsinə qədəm qoydu. Tarix Heydər Əliyevi Azərbaycana bir xilaskar kimi göndərdi. Hakimiyyətə qayıtdığı vaxtdan xalqın rifah halının günü-gündən yaxşılaşması parlaq şəkildə nəzərəçarpmağa başladı.

1993-cü il oktyabrın 3-nə təyin edilmiş Prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi oldu. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin ən bariz nümunəsini yaratdı. Ümummilli Lider andiçmə mərasimindəki nitqində deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir vəəmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.” Tarix Ulu Öndərin verdiyi bu anda sadiq olduğunu əyani sübut etdi.

Azərbaycanın nicatı Heydər Əliyev ideyalarındadır.Bu fikrin ən sadə izahı kimi müstəqilliyin ilk illərində xalqımızın başına gətirilən müsibətləri bir daha yada salmaq kifayətdir. Əgər o vaxt sağlam düşüncənin səsinə qulaq asıb, böyük siyasi xadimi respublika rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan qanlı faciələri görməz, xəyanətlərin qurbanı olmaz, ölkəərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz ağrılı vəəzablı yollardan keçməzdi. Bütün bunlar ona görə baş verirdi ki, əvvəlcə Vəzirov-Mütəllibov rejimi, sonra isə Xalq Cəbhəsi-Müsavat cütlüyü Azərbaycanı Heydər Əliyev yolundan döndərməyəçalışır, bu yolun alternativi olmadığını başa düşmək istəmirdilər. Nəticədəölkəni uçuruma apardılar və acınacaqlı bir vəziyyətdə qoyub qaçdılar. Azərbaycan fəlakətin bir addımlığında qaldı.

Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslışəkildə sürətləndi. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş apardı, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirdi, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar etdi. Dövlət çevrilişlərinin qarşısı alındı, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanmasıüçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirildi.

1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər həmin dövrdə dövlətə səriştəsiz və qeyri-peşəkar şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən həmin dövrün iqtidarı xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticəçıxara bilmirdi. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslindəöz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat iqtidarının özü də xilas üçün sonda Heydər Əliyevdən imdad istədi.

Azərbaycan xalqı qanı və canı bahasına əldə etdiyi müstəqilliyin qorunmasıüçün bu müstəqilliyin əldə olunmasına ən çox töhfə vermiş və onu qoruya biləcək əvəzsiz lideri – Heydər Əliyevi dövlət başına dəvət etdi. Hələ 1992-ci ilin oktyabrında Azərbaycanın “91-lər” adlanan ziyalılar qrupu Heydər Əliyevə hakimiyyətə qayıdışıüçün müraciət etmişdilər. 1993-cü il iyunun 9-da Heydər Əliyev, nəhayət, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Xilaskarlıq missiyasınıöz üzərinə götürən Heydər Əliyev Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq Gəncəyə yollandı və bölgədə davam edən qiyamın qarşısını aldı. Heydər Əliyev realist, qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi kimi öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəldi. Belə ki, onun dövlətçilik irsinin əsas istiqamətlərindən biri dövlətin milli təhlükəsizliyinin vəərazi bütövlüyünün təmin olunması sahəsində kompleks tədbirlərin görülməsi idi. Ölkənin hərbi qüvvələrinin yaradılması dövlətçiliyin əsas atributu və qarantı hesab olunsa da, təəssüf ki, SSRİ dağıldıqdan sonra Azərbaycanda hakimiyyəti ələ keçirməyə müvəffəq olmuş qüvvələrin səbatsız siyasəti nəticəsində bu amil ölkənin dövlətçiliyi üçün təminata deyil, təhlükəyəçevrilmişdi. Ordu quruculuğunda vəölkənin milli təhlükəsizlik sisteminin formalaşdırılmasında yol verilən kobud səhvlər son nəticədə Azərbaycanda qanunsuz hərbi birləşmələrin timsalında vətəndaş müharibəsinin subyektlərinin meydana çıxmasına səbəb olmuşdu. Ordunun siyasiləşməsi, dövlətçilik prinsiplərinə əsasən deyil, şəxsi siyasi maraqlara nəzərən formalaşdırılması sonda Azərbaycanın müstəqilliyi üçün ciddi təhlükə mənbəyi idi. Yalnız ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra bu tendensiyaya qarşı ciddi mübarizə apardı, dövlətin milli təhlükəsizliyinin vəərazi bütövlüyünün təminatçısı funksiyasını yerinə yetirən sabit və güclü silahlı qüvvələrin yaradılmasına nail oldu.

Görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyev hadisələrə praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün başçıxarırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi insan bütün fəaliyyəti boyu təcrübəli rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq etmişdir.Gündəlik siyasi fəaliyyətində nümayiş etdirdiyi peşəkarlıq sayəsində Ulu Öndər “siyasət nəhəngi”, “siyasət qrosmeysteri”, “siyasət patriarxı”və s. bu kimi adlar qazanmışdır.Siyasi uzaqgörənliyində, fitri istedadında, müdrikliyində, ölçülüb-biçilmiş qərarlarında, qətiyyətliliyində, siyasi iradəsində, dərin zəkasında, ensiklopedik biliyə malik olmasında, geniş dünya görüşündə, milli maraqlara əsaslanmasında, zaman və məkan amilini qiymətləndirməsində, dözüm və səbrliliyində və bir çox digər məsələdə Heydər Əliyevin fenomenliyi sübut olunmuşdur.

Dahi şəxsiyyətin natiqlik məharəti, söz seçmək bacarığı, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi onu dinləyənləri məftun edirdi. Onun nitqi dərin, məntiqli və konkret idi.Müzakirə olunan məsələni yüksək səviyyədə ümumiləşdirmək bacarığına malik idi. Ulu Öndər çııxışlarında fikirlərini son dərəcə cilalanmış şəkildə ifadə edirdi, hər hansı məsələnin mahiyyətini açmağı, mövzunu milli mənafe, dövlətçilik mövqeyindən təhlil etməyi ustalıqla bacarırdı. Onun ən böyük gücü dərin, həm də universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşıya qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, ən böyük siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında və həmsöhbətinə təsir etmə gücündə idi.

Azərbaycan Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır. Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqiyə nail olunması kimi taleyüklü məsələlərdə uğurla sınaqdan çıxmışdır.

Milli ideologiyanın yaradılması da Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissələrindənbiridir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri deyil, eyni zamanda, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyəçevrildi. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən Azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasındareal siyasi amildir.

Azərbaycan xalqının müdrik oğlu Heydər Əliyev təcrübəsini zamanında öz varsi cənab İlham Əliyevə ötürüb. Bunun nəticəsidir ki, ölkə başçımızın istər daxili və istəsə də xarici siyasətdə atdığı hər addmda bu inam və etimad qaynaqlanaraq özünü göstərir.

Bu gün Ulu öndərin demokratik dövlətçilik strategiyasını ləyaqətlə davam etdirən Azərbaycan Prezidenti müəyyənləşdirilmiş möhkəm ənənələr üzərində özü də yeni bir dövlətçilik məktəbinin banisinə çevrilmişdir. Cənab İlham Əliyev respublikamızı uğurlu innovativ inkişaf yoluna çıxarmaqla, Cənubi Qafqaz bölgəsində həyata keçirilən qlobal enerji-kommunikasiya layihələrinin başlıca təminatçısı olmuşdur. Xalqa layiqli xidmət andını əməli işi ilə doğrultmuş dövlət başçısı Azərbaycanın iqtisadi inkişaf prioritetlərini dəqiq müəyyənləşdirmiş, hər bir vətəndaşın maraq və mənafeyinin yüksək səviyyədə təminatına yönəlmiş demokratiya kursunu inamla davam etdirmişdir.

Dünyada söz və nüfuz sahibinə çevrilən Azərbaycan hazırda inkişafının elə mərhələsindədir ki, qazanılmış makro iqtisadi nailiyyətlər cəmiyyət həyatının ən müxtəlif sahələrində tərəqqi və intibaha, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğuna xidmət edən, hər bir vətəndaşın həyatında önəmli dəyişikliklərlə müşayiət olunan islahatlarıəzmlə gerçəkləşdirmək imkanı yaradır.

Bu gün cənab Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli islahatlar Azərbaycan dövlətinin siyasi xarakterini və inkişaf yolunu müəyyən edir. Bu müəyyənləşmə Azərbaycanın qısa müddət ərzində iqtisadi inkişaf göstəricilərinə görə bütün dünyada liderə çevrilməsi faktıdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Tanap, Bakı-Tbilisi-Qars kimi nəhəng layihələrin gerçəkləşməsi, respublikamızın ümumilikdə Avropa regionunun gələcək enerji təhlükəsizliyi missiyasını üzərinə götürməsi xalqımızın dünya arenasında layiqli yerini təmin edir.

Dövlət başçısı həyata keçirdiyi islahatları məhz ulu öndər Heydər Əliyevin müəllifi olduğu möhkəm təməl üzərində davam etdirir və yeni dövrün tələblərinə uyğun zənginləşdirməyə çalışır. Milləti Heydər Əliyev ideyaları ətrafında birləşdirən cənab İlham Əliyev özünü azərbaycanlı sayan, bu mənsubiyyətdən qürur duyan hər kəsi ulu öndərimizin işıqlı, nurlu arzularının, ideyalarının həyata keçirilməsi istiqamətində səfərbər edir. Bütün bunlar tam mənada deməyə əsas verir ki, Prezident İlham Əliyevin dövlətçilik təcrübəsində siyasi varislik ənənələrinin davamı, üstəlik, mütərəqqi inkişaf meyillərinin gücləndirilməsi ideyasıüstünlük təşkil edir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da gördüyü işlərin mühüm göstəricisi Heydər Əliyev Fondunun timsalında əks olunub. Fəaliyyəti dövründə Fond Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə ümummilli lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrin reallaşmasını və digər mühüm işlərin icrasını təmin edir. Fond Azərbaycan xalqının böyük siyasətçisi Heydər Əliyevin xatirəsinə ehtiramını ifadə etmək arzusu və istəyinin nəticəsidir, Heydər Əliyev siyasi məfkurəsinin həmişəyaşar səciyyəsini əks etdirmək zərurətidir. Ümummilli liderin zəngin irsinin daha dərindən, hərtərəfli öyrənilməsi, onun yaratdığı milli dövlətçilik və azərbaycançılıq ideyaları vəölkə mədəniyyətinin geniş təbliği Heydər Əliyev siyasətinə verilən önəmin göstəricisidir.

Böyük və ibrətamiz həyat yaşamış ümummilli lider Heydər Əliyevin ideya dünyasının, təməlini qoyduğu siyasi kursun, strateji inkişaf xəttinin ömrüçox uzaq gələcəyə hesablanıb. Yaxın tarixə nəzər salanda bir daha şahid oluruq ki, Heydər Əliyev dühasının xalqı, Vətəni yolunda etdiyi fədakarlıqlar, göstərdiyi xidmətlər, atdığı addımlar unudula bilməz. Çünki onun xatirəsini, gördüyü işləri, xalqımız qarşısındakı xidmətlərini yaddançıxarmaq mümkün deyil. Ulu öndər bütün fəaliyyəti boyu qabaqcıl və mütərəqqi qüvvələrə arxa, dayaq olmuş, xalqı ardınca aparmışdır. Qürurla demək olar ki, ölkəmizin zənginliyinin dünya miqyasında tanınması məhz Vətənin müdrik və qüdrətli oğlu Heydər Əliyevin əməyinin təzahürüdür. Respublikamız dünya dövlətləri sırasında inamla və uğurla addımlayır, gündən-günəçiçəkləşir, gözəlləşir. Bütün bunlar məhz Ulu Öndərimiz Heydər Əliyevin bizə miras qoyduğu ənənələrdən bəhrələnir. Hər körpənin gülüşü, hər birimizin üzündəki sevinc də onun bizə həsr etdiyi ömrünün nümunələridir. Bir daha vurğulayaq ki, bu ömrün layiqli davamçısı möhtərəm prezidentimiz – yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən, Azərbaycanın dövlət sərhədlərini bərpa edən, 30 illik işğal siyasətini pozan, Qarabağa azadlıq-sülh-rifah gətirən müzəffər Ali Baş Komandan, qalib lider cənab İlham Əliyevdir!

Ulu Öndər 16 dəfə Sumqayıtda olmuş və hər gəlişi ilə Sumqayıta yeni ruh, yeni nəfəs gətirmişdir. Onun ilk gəlişi 1971-ci ilin 7 aprelinə təsadüf edir. Bu gəlişində Heydər Əliyev “Üzvi Sintez” zavodunda olmuş, zavodda buraxılan məhsulun keyfiyyəti, fəhlələrin iş və məişət şəraiti ilə maraqlanmış, məsləhət və tövsiyələrini vermişdir.
Bundan sonrakı bütün gəlişləri də əməksevər, zəhmətkeş sumqayıtlıar tərəfindən sevinc və coşqu ilə qarşılanmışdır. Çünki dahi rəhbərin hər gəlişi hər hansı bir böyük , qlobal əhəmiyyətli müəssisənin ya açılışı, ya da təməlinin qoyulması demək idi. Bunun nəticəsidir ki, bu gün Sumqayıtda onun silinməz izlərini hiss edirik, nəfəsini duyuruq. Vətənini, millətini bütün varlğıyla sevən bu şəxsiyyətə Sumqayıtda sevgi, məhəbbət və rəğbət sonsuzdur!

İlhamə Məhəmmədqızı, “Sumqayıt” qəzetinin əməkdaşı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər