ARDNŞ-in «Azərikimya» İstehsalat Birliyinin Etilen-polietilen zavodunda Almaniyanın neft-kimya avadanlığı üzrə tanınmış istehsalçısı olan «Lurge» firmasının hazırladığı qızdırıcıaparatın quraşdırılması və sınaq işləri uğurla başa çatmışdır. Yaxın günlərdə istismara verilməsi nəzərdə tutulan, bütün texniki parametrləri ilə mövcud ekoloji standartlara, müasir tələblərə uyğun olan bu qurğu müəssisənin texniki izopropil sexində uzun illər davam edən ekoloji problemin aradan qaldırılmasında mühüm rol oynayacaqdır.
Yeni qurğunun sayəsində il ərzində külli miqdarda xammala və maliyyə vəsaitinə qənaət olunacaq, həm də yalnız izopropil sexində deyil, bütünlükdə Etilen-polietilen zavodu ərazisində, eləcə də Sumqayıt sənaye zonasında ekoloji mühitin qorunması, onun təmizliyi, saflığı təmin ediləcəkdir.