Etimad İsmayılovun cənazəsi Bakıya gətirildi – Fotolar

973

Azərbaycanın sabiq baş prokuroru və keçmiş ədliyyə naziri İlyas İsmayılovun Türkiyədə qətlə yetirilən oğlu Etimad İsmayılovun nəşi Bakıya gətirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Türkiyədə bizneslə məşğul olan iş adamı E. İsmayılovun nəşini gətirən təyyarə bu dəqiqələrdə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında eniş edib.

Cənazəni mərhumun atası İlyas İsmayılov və digər yaxınları, ümumilikdə 50-yə yaxın şəxs qarşılayıb.

E. İsmayılovun yaxınlarının iştirakı ilə onun nəşi atasının Nardaran qəsəbəsində yerləşən bağ evinə aparılıb. Mərhum iş adamı sabah dəfn olunacaq.

Onu başından 2 dəfə, ürəyindən 1 dəfə güllələyərək qətlə yetirməkdə şübhəli bilinən Gözəl Dəmirov saxlanılıb. G. Dəmirov da azərbaycanlıdır və 90-cı illərin əvvəllərində Daxili İşlər Nazirliyində İdarə rəisi işləyib, ehtiyatda olan polkovnikdir. Onun E. İsmayılovla biznes əlaqəsi olub və hadisənin də pula görə baş verdiyi bildirilir.

Qeyd edək ki, E. İsmayılovun teleaparıcı Sevil Nuriyeva ilə evliliyindən bir azyaşlı oğlu var.

Murad Əhməd

Fotolar: Nuran Məmmədov


www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər