“Eurovision 2022” mahnı müsabiqəsinin Azərbaycan üzrə şərhçisi Murad Arif olacaq.
İctimai Televiziyanın efirindən yayımlanan müsabiqədə mahnıları Murad Arif şərh edəcək. Məlumat üçün bildirək ki, Murad Arif müsabiqə barədə hər il ən doğru proqnozları verməsi ilə seçilir.
Qeyd edək ki, bu il ölkəmizi müsabiqədə Nadir Rüstəmli təmsil edəcək. Yarışma mayın 10-dan 14-nə kimi İtaliyanın Turin şəhərində keçiriləcək.