Nazirlər Kabineti dövlət sosial xidmət müəssisələrində və evlərdə qismən ödənişli sosial xidmət haqqının məbləğini təsdiq edib.
Bu məbləğ“Dövlət sosial xidmət müəssisələrində və evlərdə qismən ödənişli və tam ödənişli şərtlərlə sosial xidmətin göstərilməsi Qaydası”na 1 nömrəli əlavədə əksini tapıb. Maraqlı olacağını nəzərə alıb Əlavədəki qiymətləri diqqətinizə çatdırırıq:
1 nömrəli əlavə
Xidmətlər |
Xidmətin müddəti (dəqiqə ilə) |
Xidmət haqqının məbləği(manatla) |
Yemək hazırlanmasına kömək etmək (o cümlədən, dietik yeməklər), özünə qulluq edə bilməyən xəstələrin yedizdirilməsi və qabların yuyulması
|
60 |
1.00 |
Zəruri ərzaq, sənaye və məişət mallarının alınması
|
30 |
0.45 |
Mənzillərin yığışdırılması və təmizlənməsi (hər 10 m2 üçün )
|
– |
0.85 |
Yataq və geyim əşyalarının yuyulması və ütülənməsi
|
60 |
1.00 |
Həkim müayinəsinə aparılıb-gətirilməsi
|
– |
1.50 |
Nazirlər Kabineti dövlət sosial xidmət müəssisələrində və evlərdə tam ödənişli sosial xidmət haqqının məbləğini də təsdiqləyib. Bu məbləğ “Dövlət sosial xidmət müəssisələrində və evlərdə qismən ödənişli və tam ödənişli şərtlərlə sosial xidmətin göstərilməsi Qaydası”na 2 nömrəli əlavədə əksini tapıb:
2 nömrəli əlavə
Xidmətlər | Xidmətin müddəti(dəqiqə ilə) | Xidmət haqqının məbləği(manatla) |
Şəxsin çimizdirilməsinə, saçlarının daranmasına yardım edilməsi (hamamda su qızdırıcı sistemi olarsa) | 40 | 3.00 |
Şəxsin çimizdirilməsinə, saçlarının daranmasına yardım edilməsi (hamamda su qızdırıcı sistemi olmadıqda) | 50 | 5.00 |
Həyətyanı sahənin nizama salınması (hər 50 m2 üçün ) | 25 | 3.00 |
Paltarın xırda təmiri | 10 | 1.00 |
Yataq və geyim əşyalarının camaşırxanaya, kimyəvi təmizləmə məntəqəsinə (əgər camaşırxana və kimyəvi təmizləmə məntəqəsi varsa) aparılıb-gətirilməsi | 40 | 2.00
|